21:48 Bazar Günü, 17 Dekabr 2017
MARAQLI

“Instagram”da sorğular aparmaq mümkün olacaq

18:28, 04.10.2017165
“Instagram”da sorğular aparmaq mümkün olacaq

Məşhur "Instagram” sosial şəbəkəsi yeniliklərin inkişafını və tətbiqini davam edərək iki cavab variantından ibarət kiçik sorğunun keçirilməsinə imkan verən "Stories” bölməsini yeniləyib.

Məlumata görə, hazırda yenilənmədən bütün istifadəçilər yararlana bilməsə də, tezliklə onu hamı sınaqdan keçirmək imkanı əldə edəcək.

Sorğu tarixçə ilə birlikdə bir gün sonra avtomatik silinir. Səsvermədə iştirak edən bütün istifadəçilər nəticələri real vaxt rejimində görə biləcək. Bundan başqa, sorğu yaradıcısı öz abunəçilərindən kimin hansı varianta səs verməsini izləmək imkanına malik olur.

İstifadəçi, həmçinin cavab variantları üçün rəng seçmək imkanından yararlana biləcək. Xüsusi "Eyedropper tool” aləti isə mətnin rəngini fona uyğun seçməyə kömək edəcək

0
XƏBƏR LENTİ