01:23 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

"İnstagram"da tanış oldu, intim fotoları ilə şantaj etdi - Xaçmazlı gənc saxlanıldı

14:53, 20.08.20194973
İnstaqramda tanış olduğu qadını şantaj edən şəxs saxlanılıb.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, avqustun 17-də Qusar rayon sakini olan bir qadın RPŞ-yə ərizə ilə müraciət edib avqust ayında instaqram sosial şəbəkəsində tanış olduğu naməlum şəxsin onunla danışmayacağı təqdirdə intim şəkillərini yayacağı ilə hədələməsini bildirib.

Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Xaçmaz şəhər sakini R.Həsənov saxlanılıb.
XƏBƏR LENTİ