22:03 çərşənbə Axşamı, 18 Sentyabr 2018
İQTİSADİYYAT

İnternet hesabını səyahətdən öncə bil

10:45, 06.07.20183826
İnternet hesabını səyahətdən öncə bil
Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni Rominqdə İnternet Paketini təqdim edir. Şirkət gələcəkdə də dünyanın bir çox ölkəsində rominq sahəsində təşəbbüslərini genişləndirməyi planlaşdırır və bunu 2018-ci ilin sentyabr ayı üçün nəzərdə tutulmuş Avropa təklifləri ilə davam etdirəcək.

Azercell MMC-in prezidenti Vahid Mürsəliyevin qeyd etdiyi kimi: "Biz, müştərilərimizin xaricə səyahətləri zamanı internetdən istifadə etmələrini dəstəkləmək istəyirik. Məhz buna görə Azercell abunəçilərini bu xidmətdən yayındıran heç bir səbəb olmamalıdır”. "Səsli rabitədən internet rabitəsinə keçid tam sürəti ilə genişlənir və bunu nəzərə alaraq biz müştərilərimizə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təklif etməyə çalışırıq. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azercell bu istiqamətdə mühüm nailiyyətlər əldə edib və yaxın gələcəkdə də bu sahədə özünün lider mövqeyini möhkəmləndirəcəkdir”.

Dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tarifləri səbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən heç vaxt istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə, xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür.

Bu statistika Azercell rəqəmlərində də öz əksini tapır. Hal-hazırda Azercell şirkətinin internet istifadəçilərindən yalnız 30%-i xaricə səyahət zamanı rominqdə internetdən istifadə edirlər. Azercell, öz növbəsində, 2019-cu il üçün rominqdə internet istifadəçilərinin həcmini 80% və daha çox artırmağı planlaşdırır.

Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:

o Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)

o Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)

o Sadəlik (sadə və anlaşılan qiymətlər).

Azercell, Azərbaycanda internet həllər sahəsinə çox rahat yeni bir təklif gətirir. İyulun 2-dən başlayaraq Azercell müştərilərinə qiyməti 19.90 AZN olan 1GB həcmində və 14 təqvim günü ərzində istifadə edilə bilən, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Belarus və Moldovada istifadə edilə biləcək rominqdə internet paketini təqdim edib. Bu isə o deməkdir ki, məsələn Türkiyəyə bir həftəlik səyahət edən abunəçi günlük 0.55 AZN/MB tarifinə uyğun eyni həcmdə internet üçün 500 AZN-dən çox məbləğlə müqayisədə indi 1GB internet üçün cəmi 19.90 AZN ödəyəcəkdir.

"Rominqi müştərilərimiz üçün daha cəlbedici etməyin əsl vaxtdır. Ümumiyyətlə, rominqdən istifadə mobil rabitənin əsl mahiyyətini ifadə edir – sizə daha mobil olmaq imkanını bəxş edir.

Biz, innovasiyalar və sərfəli həllər təqdim etməkdə davam edərək, 4,5 milyon abunəçilərimizin maraqlarını bütün qərarlarımızın tam mərkəzində saxlayırıq” Vahid Mürsəliyev qeyd edir.

Ətraflı məlumat üçün internet səhifəmizə daxil ola bilərsiniz: https://www.azercell.com/az/personal/roaming/internetroaming/

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
XƏBƏR LENTİ