13:38 çərşənbə Axşamı, 20 Fevral 2018
MARAQLI

“iPhone X” smartfonunda ciddi problem — VİDEO

00:09, 01.11.20172059
“iPhone X” smartfonunda ciddi problem — VİDEO
"Apple” şirkəti yeni "iPhone 8” və "iPhone X” smartfonlarında daha bir problem üzə çıxıb.
 
AZXEBER.COM Ölkə.Az-a istinadən xəbər verir ki, "iPhone X” telefonunda ən əsas funksiyalardan biri düzgün işləməyib. Belə ki, telefonun əsas funksiyalarından biri olan "Face ID”, yəni telefon sahibinin üzünün tanınması funksiyası əkizləri tanıya bilməyib. Yəni telefon sahibi ilə onun əkizini ayırd edə bilməyib. Həm telefonun sahibi, həm də, onun əkizi "Face ID” sistemindən rahat şəkildə istifadə ediblər. Telefon hər iki şəxsin üzünü tanıyıb və cihaz işə düşüb.
 
Mütəxəssislər isə bunun böyük qüsur olduğunu bildirirlər. Məhz bu qüsur telefonun içərisindəki gizli məlumatların ələ keçirilməsində mühüm rol oynaya bilər.
 
Qeyd edək ki, "Apple” şirkəti bu ilin sentyabr ayında yeni "iPhone 8" və "iPhone X" smartfonlarını təqdim edib. "iPhone X” gözləndiyi kimi bir çox yeniliklərlə gəlib. "Apple" şirkəti yeni "iPhone 8" və "iPhone X” smartfonlarını təqdimetmə mərasimində biabırçı anlar yaşanıb. "iPhone X” telefonunun təqdimetmə zamanı əsas funksiyalardan biri işləməyib. Mərasim zamanı telefonun əsas funksiyalarından biri olan "Face ID”, yəni telefon sahibinin üzünün tanınması funksiyası işləməyib.
 
Telefonların təqdimatını şirkətin vitse-prezidenti Kreyq Federini keçirib. Federini telefonu açara qoyub və onu açmaq üçün aparatın sahibinin ekrana baxmasının kifayət olduğunu deyib. Lakin bu funksiya işləməyib. Canlı efirdə yayımlanan təqdimatda Federini pərt olub. Telefon onun üzünü tanımayıb və işə düşməyib. Canlı efirdən də, aydın görünüb ki, telefonun ekranının açılması üçün kod tələb edilib.
 

0
XƏBƏR LENTİ