14:45 Cümə, 23 Avqust 2019
İDMAN

İquain "Çelsi"yə müraciət etdi: "Məni alın"

14:02, 14.01.20192605
İquain
"Milan"da icarə əsasında çıxış edən forvard Qonsalo Hiquain "Çelsi"də oynamaq istəyindədir.

Argentinalı bununla bağlı İngiltərə klubuna rəsmi müraciət ünvanlayıb.

Qeyd edək ki, İquainin satış hüququ "Yuventus"a məxsusdur. Lakin keçidi həyata keçirmək asan olmayacaq. Hücumçunu ötən il 18 milyon avroya icarəyə götürən "Milan" onu geri göndərmək niyyətində deyil.

Milanlılar İquainə əvəzləyici tapandan sonra onu geri göndərə bilər. "Qoca senyora" isə futbolçunu tez bir zamanda satmaq niyyətindədir. Əldə olunan vəsaiti isə "Çelsi"nin forvardı Alvaro Moratanın transferinə xərcləməyi düşünür.

İquain cari mövsüm A seriyasında 15 oyunda 6 qol vurub.
 
///goal.az
XƏBƏR LENTİ