İran səfiri məscid məsələsinə görə XİN-ə çağırıldı

12 Aprel 2017, 15:24
AAA

"Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir".

Bunu açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi xatırladıb ki, Şuşa şəhərində Yuxarı və Aşağı Gövhərağa məscidləri ilə bərabər, Saatlı məscidi, Vaqifin Mavzoleyi, Natavanın evi, karvansaray kimi abidələr dağıdılıb, yandırılıb, talan edilib. Ağdam məscidi vandalizm objektinə çevrilib. Bununla bərabər, işğal olunmuş Azərbaycan ərazilərində Qafqaz Albaniyasına məxsus xristian kilsələlərinin qəsdən Ermənistan tərəfindən tarixi-arxitektur üslubunun dəyişdirilməsi və erməniləşdirilməsi kimi siyasət yürüdülür.

"Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdiriməsi məqsədilə "yenidən təmir edilib" və onun Azərbaycan xalqına məxsus arxitektur üslubu qəsdən dəyişdirilib", - Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Belə ki, II Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir.

"Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ona görə də Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti var", - XİN rəsmisi bildirib.

Xatırladaq ki, məscidin bərpası prosesi adı altında Ermənistan tərəfindən İranın "Part Saman Jahan Co" şirkəti işə cəlb edilib. Hikmət Hacıyev bildirib ki, məsələ ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyi İran Xarici İşlər Nazirliyində bir neçə dəfə görüş keçirib, Azərbaycanın narahatlığını çatdırıb və sözügedən şirkətin Azərbaycan-İran əlaqələrinin ruhuna zidd olan qanunsuz fəaliyyətinin qarşısını almaq üçün zəruri və təsirli addımların atılmasının vacibliyini qeyd edib.

"İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də Xarici İşlər Nazirliyinə çağırılıb və sözgedən şirkətin qanunsuz fəaliyyətinin qarşının alınmasının zəruriliyi bildirilib", - Azərbaycan XİN-in rəsmisi bildirib.

"Ümid edirik ki, Ermənistan bu kimi təxribatçı və riyakar addımlarla Azərbaycan və İran arasındakı əlaqələrə xələl gətirmək kimi qərəzli məqsədlərinə nail olmayacaq və İran tərəfindən "Part Saman Jahan Co" şirkətinin qanunsuz fəaliyyətinin qarşısı tezliklə alınacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan bu kimi əməlləri ilə İslam ölkələri arasında fitnə-fəsad yaratmaq və İslam birliyini pozmaq kimi məkrli siyasət yürüdür", - Hikmət Hacıyev əlavə edib.

///virtualaz.org

Oxunma sayı : 304

Loading...
SON XƏBƏRLƏR
İlkin Həsəninin toyundan ilk - Fotolar - 25 Aprel 2017, 20:56
Prezident İlham Əliyev bir sıra sahibkarı təltif etdi - SİYAHI - 25 Aprel 2017, 17:58
Facebook-da tanış olduğu qızı blokda zorladı: Şəkillərini çəkdi - 25 Aprel 2017, 17:54
Surət Hüseynovun bıçaqlanan mühafizəçisinin dəhşətli görüntüləri yayıldı - VİDEO +18 - 25 Aprel 2017, 17:46
"Evə qayıdanda yataqda oğlanla tutdum" - 7 aylıq hamilə arvadını öldürən şəxs - 25 Aprel 2017, 17:36
SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açıb - 25 Aprel 2017, 17:28
Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edilib - 25 Aprel 2017, 17:25
Artur Rəsizadə maaşları artırdı - 1 manat - 25 Aprel 2017, 17:22
Təhsil Nazirliyi oğurlanıb zorlanan müəllimə sahib çıxmadı - Ailəsindən açıqlama - 25 Aprel 2017, 17:08
"Bizdə insanlar filmə gedib baxmağa ərinirlər" - Günay İbrahimli - 25 Aprel 2017, 16:47
“Etika-Media Məktəbi”-nə start verildi - 25 Aprel 2017, 16:46
“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən xəbər var - 25 Aprel 2017, 16:40
"Azəriqaz" Bakını qazsız qoydu: Əhali əlacsız qalıb - 25 Aprel 2017, 16:33
"Bakı Marafonu 2017"-nin qaçış nömrələri harda verilir? - 25 Aprel 2017, 16:23
"Cənab hakim, bunların çoxu əməkdar dələduzluq ustasıdır..." - Çovdarovun məhkəməsi - 25 Aprel 2017, 16:18
Gənc ana doğuş zamanı öldü - 25 Aprel 2017, 16:09
Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi - 25 Aprel 2017, 16:05
Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı - 25 Aprel 2017, 15:52
İTV-nin yeni baş direktoru məlum oldu - 25 Aprel 2017, 15:47
"Çalışmalıyıq ki, vətəndaşlarımız orqan və toxuma köçürülməsi əməliyyatları üçün xaricə üz tutmasın" - 25 Aprel 2017, 15:40
Bu da Sevdanın uşaqlıq - FOTOSU - 25 Aprel 2017, 15:24
“Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlandı - 25 Aprel 2017, 15:22
"Don Marleone" Masallıda izləyiciləri ilə görüşüb - 25 Aprel 2017, 15:15
Daha bir azərbaycanlı İnterpola verildi - 25 Aprel 2017, 15:13
"Məni zorlamaq istəyirdi" - Gecə vaxtı 19 yaşlı qıza yeraltı keçiddə hücum - 25 Aprel 2017, 15:01
İsmayıl Əsədov rəis vəzifəsindən azad olunub - 25 Aprel 2017, 14:50
Milli Məclisdə siqaret çəkmək qadağan olunub - 25 Aprel 2017, 14:39
"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü - 25 Aprel 2017, 14:27
“Əslində bizi və xalqı fırladırlar” - Millət vəkili - 25 Aprel 2017, 14:20
Son 3 ildə 3 dəfə qazdılar, 3 dəfə asfalt çəkdilər - Bakıda milyonların itdiyi yoldan FOTOLAR - 25 Aprel 2017, 14:16
Zahir Əzəmət: "Hamı deyir “pul yoxdur, reklam yoxdur”, amma pul olsa nə dəyişəcək ki?" - MÜSAHİBƏ - 25 Aprel 2017, 14:11
"Ya həbs oluna bilərik, ya da..." - Tahir İmanov - 25 Aprel 2017, 13:58
"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü - 25 Aprel 2017, 13:52
Gövhər Həsənzadə: "Bu gün efirə çıxmaq asandır və hər şey maliyyə ilə həll olunur" - MÜSAHİBƏ - 25 Aprel 2017, 13:41
Dollar bahalaşdı - Hərracda - 25 Aprel 2017, 13:40
Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər - 25 Aprel 2017, 13:34
Bakıda gecə vaxtı evləri sökülən sakinlər danışdı - VİDEO - 25 Aprel 2017, 13:11
"Rus istehsalı olan maşınları yol hərəkətindən çıxaraq" - Deputat - 25 Aprel 2017, 13:09
Bakı metrosunda sərnişinləri çaşdıran maraqlı hadisə - VİDEO - 25 Aprel 2017, 13:04
“Hozu” filminə gülənlər... - 25 Aprel 2017, 13:02
Sabah da külək olacaq - 25 Aprel 2017, 12:55
Xızıda əməliyyat keçirilib: narkotik, silah tapıldı - 25 Aprel 2017, 12:53
Əziz Seyidov Ali Məhkəməyə hakim gedir - 25 Aprel 2017, 12:46
Azərbaycanda ilk: Bu filmin qala gecəsinə bilet alıb, gəlmək mümkün olacaq - VİDEO - 25 Aprel 2017, 12:46
"Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - VİDEO - 25 Aprel 2017, 12:37
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10