08:24 Bazar Günü, 17 Dekabr 2017
SİYASƏT

İran və ABŞ donanmaları yenidən üz-üzə gəlib

15:21, 29.07.2017359
İran və ABŞ donanmaları yenidən üz-üzə gəlib
İran İslam İnqilabı Keşikçiləri Korpusu Fars Körfəzində ABŞ donanmasının iştirakı ilə daha bir hadisənin baş verdiyini açıqlayıb.
 
AZXEBER.COM-un xəbərinə görə, İranın İRİB telekanalı hadisənin iyulun 28-də körfəzin şimalında baş verdiyi barədə məlumat yayıb.
 
Məlumata əsasən ABŞ Hərbi Dəniz Donanmasının "Nimits” aviadaşıyıcısından qalxan hərbi helikopter İrana məxsus raket katerlərinə yaxınlaşıb. Aviadaşıyıcını kreyser müşayiət edib.
 
"İran gəmiləri Amerika donanmasının qeyri-peşəkar və təxribatçı hərəkətlərinə fikir verməyib və Amerika gəmiləri oranı tərik etdikdən sonra həmin zonada keşik çəkməyə davam edib”, - deyə İran hərbi rəhbərliyinin bəyanatında bildirilir.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Fars Körfəzində ABŞ-a məxsus hərbi gəmi ona yaxınlaşan İran katerinə xəbərdarlıq atəşi açıb.
 
apa.az
0
XƏBƏR LENTİ