02:48 çərşənbə Axşamı, 20 Noyabr 2018
KRİMİNAL

İran vətəndaşı daxili orqanlarında Azərbaycana narkotik keçirmək istədi – FOTO

14:52, 08.11.20184186
İran vətəndaşı daxili orqanlarında Azərbaycana narkotik keçirmək istədi – FOTO
Dövlət Sərhəd Xidməti (DSX) İrandan gələn şəxsin daxili orqanlarında Azərbaycana narkotik vasitə keçirməsinin qarşısını alıb.

Bu barədə qurumdan AZXEBER.COM-a məlumat verilib.

DSX-nın keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində "Biləsu­var” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 1987-ci il təvəllüdlü Jafari Abouzar Yousefin üzərinə sərhəd və gömrük baxışı keçirilib, ayaqqabısının içərisindən və daxili orqanlarından ümumi çəkisi 440 qram olan narkotik vasitə aşkar­la­na­raq götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmasını etiraf edib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

 

 


XƏBƏR LENTİ