18:58 çərşənbə, 20 Iyun 2018
DÜNYA

İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb

22:41, 11.01.2018598
İran Xəzərdə hərbi gəmisinin qəzaya düşməsinin səbəbini açıqlayıb
İran Hərbi-Dəniz Qüvvələrinə məxsus "Damavand” gəmisinin Bəndər Ənzəli limanında inşa edilmiş hüdudlayıcı dalğaqırana çırpılmasına səbəb texniki nasazlıq olub.
 
RİA Novosti-nın verdiyi xəbərə görə, bu barədə İranın limanlar və gəmiçilik idarəsinin sədri Hadı Haqşenas bildirib.
 
Onun sözlərin görə, insident zamanı qayığın aşması nəticəsində ekipajın 2 üzvü xəsarət alıb.
 
Bundan əvvəl gəminin qəzaya düşməsinə səbəb qeyri-sabit hava şəraiti olduğu bildirilmişdi.
 
Bəzi yerli KİV-lər qəza zamanı 6 nəfərin dənizə düşdüyünü, onlardan 4 nəfərin xilas edildiyi, iki nəfərin isə itkin düşdüyü bildirir. Bundan başqa, qəza nəticəsində, ümumilikdə, 14 nəfərin xəsarət aldığı bildirilir.
 
oxu.az
XƏBƏR LENTİ