19:02 şənbə, 21 Sentyabr 2019
HADİSƏ

İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatdı

00:32, 23.07.20182858
İranda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatdı

İranın qərbindəki Kermanşah vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu "Tasnim" agentliyi vilayətin qubernatoruna istinadən məlumat yayıb.

"Zəlzələ zamanı 287 nəfər xəsarət alıb. Yeraltı təkanlardan 43 kənd ziyan çəkib. 101 bina tamam dağılıb", - deyə qubernator Huşand Bazvand bildirib.

O, həmçinin əlavə edib ki, vilayətin kənd və şəhərlərində 800 bina qismən ziyan dağılıb. Hazırda təmir işləri aparılır.

XƏBƏR LENTİ