12:30 Bazar Günü, 21 Yanvar 2018
HADİSƏ

İranda küçələr qana boyandı - Ölənlərin sayı 20-yə çatdı (VİDEO)

13:41, 02.01.20184942
İranda küçələr qana boyandı - Ölənlərin sayı 20-yə çatdı (VİDEO)

İranda 6 gündür davam edən küçə aksiyalarında 20-yə yaxın insan həyatını itirib.

 

AZXEBER.COM xəbər verir ki, yumurtanın qiymətinin qalxması ilə başlayan kütləvi etiraz aksiyası 29 şəhərdə geniş yayılmağa başlayıb.

 

Ölkə başçısı Həsən Ruhani dövlət televiziyasında çıxış edərək xalqın üsyankarlara qarşı ən ağır cəzanı verəcəyini bildirib. Hökumət nümayəndələri aksiyalarda ABŞ-ın və İsrailin əli olduğunu iddia edirlər.

 

6 gündür davam edən aksiyalar Tehranla bərabər 20-yə yaxın şəhərdə də davam edir. Ötən gecə paytaxtdan 350 km uzaqlıqda yerləşən Kehderican qəsəbəsində 6 aksiya iştirakçısı polis bölməsinə hücum çəkib. Nəticədə onların hamısı öldürülüb.

  

Bundan başqa aksiyalar zamanı çoxlu sayda polisin yaralandığı , bir neçəsinin isə öldürüldüyü açıqlanıb.

  


 

 
 

 











0
XƏBƏR LENTİ