15:44 Bazar Ertəsi, 25 Mart 2019
DÜNYA

İranı gözləyən dəhşətli fəlakət: 5 ildən sonra...

22:38, 04.01.20195310
İranı gözləyən dəhşətli fəlakət: 5 ildən sonra...
İranı yaxın 5 ildə dəhşətli su qıtlığı gözləyir.
 
Bunu İranın Kənd Təsərrüfatı və Su Ehiyatları üzrə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmmədhüseyn Şəriətmədari deyib.

Onun sözlərinə görə, son 50 ildə İranda su probleminə diqqətin ayrılmaması və bu istiqamətdə heç bir tədbirin görülməməsi nəticəsində qarşıdakı 5 ildə bütün ölkəni su fəlakəti bürüyəcək.

Şəriətmədari hələ də gec olmadığını, ölkədə su hövzələrinin yenidən bərpa edilməsinin mümkün olduğunu deyib.

Qeyd edək ki, İranda dövlətin laqeydliyi nəticəsində son illər ərzində Urmiya gölü də daxil olmaqla, bir neçə göl və çay quruyub. Bir çox mütəxəssislərin fikrinə görə, əgər vaxtında zəruri addımlar atılmasa, yaxın illərdə İranı böyük ekoloji fəlakətlər gözləyir.

Urmiya gölünün quruması məsələsinə görə İran parlamentinin 150 deputatı İranın dini rəhbəri Əli Xameneiyə məktubla müraciət edəcək. (publika.az)
XƏBƏR LENTİ