20:04 Cümə, 20 Iyul 2018
DÜNYA

İranın ali dini lideri Trampın dediklərini yalanladı - “O, cinayətkardır”

20:43, 14.04.20183424
İranın ali dini lideri Trampın dediklərini yalanladı - “O, cinayətkardır”

"Amerika prezidenti Donald Trampın ABŞ-ın İŞİD terror təşkilatını məğlubiyyətə uğratması barədə sözləri yalandır”.

Bunu İranın ali dini lideri Əli Xameneyi bildirib.

"Dünən İŞİD-i açıq və ya gizli formada dəstəkləyənlər, bu gün onlarla mübarizə apardıqlarını və onları məğlub etdiklərini deyirlər. Bu, açıq yalandır”, - deyə o söyləyib.

 

Xameneyi Suriyaya hava hücumunda əlaqəsi olan ABŞ və Fransa prezidentlərini, eləcə də Böyük Britaniya baş nazirini cinayətkar adlandırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı hərbi əməliyyatların başlaması haqda qərar verib. Trampın qərarına Fransa və Böyük Britaniya qoşulub.

///Qafqazinfo.az

XƏBƏR LENTİ