xari

İranın XİN başçısı Ceyhun Bayramovu təbrik edib

SİYASƏT
21:49 25.11.2020
411
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işləri naziri Məhəmməd Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov qarşı tərəfi salamlayaraq, ölkəmizin İranla faydalı əməkdaşlığını məmnunluqla qeyd edib. Nazir bu görüşün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olduğu əlamətdar bir gündə keçirildiyini vurğulayıb. O, Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib.

Ceyhun Bayramov Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb. Nazir Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunmasının qonşu və dost İran İslam Respublikası ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaratdığını bildirib.

İran xarici işləri naziri Məhəmməd Cavad Zərif işğal altında olan ərazilərimizin azad edilməsi, eləcə də bu gün Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcərə daxil olması münasibəti ilə öz təbriklərini çatdırıb. Nazir münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa ölkəsinin hər zaman hazır olduğunu qeyd edib.

Tərəflər əməkdaşlığın Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası çərçivəsində davam etdirməsinin vacibliyini vurğulayıblar. Həmçinin Azərbaycan və İran arasında ikitərəfli qaydada olduğu kimi, çoxtərəfli regional formatlarda da əməkdaşlığın davam etdirməyin zəruruliyini qeyd ediblər.

Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:59 20.01.2021

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini anıb: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi

22:48 20.01.2021

Cəlilabadda qar fəsadlar törədib

21:46 20.01.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzi 20 Yanvar Şəhidlərini yad edib - FOTOLAR

21:35 20.01.2021

ABŞ-ın yeni prezidenti : “Demokratiya qalib gəldi”

20:36 20.01.2021

DİN-in "Telegram" kanalında yenilik - FOTO

19:55 20.01.2021

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO

18:49 20.01.2021

İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

18:29 20.01.2021

Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət etdilər - FOTOLAR

18:07 20.01.2021

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

18:05 20.01.2021

Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - Video

16:35 20.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

16:10 20.01.2021

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

16:07 20.01.2021

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

15:35 20.01.2021

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

15:11 20.01.2021

Mikayıl Cabbarov: "2030-cu ilə qədər Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

14:38 20.01.2021

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu