00:43 Cümə, 15 Dekabr 2017
DÜNYA

İraq ABŞ-a nota verdi

19:36, 07.12.2017257
İraq ABŞ-a nota verdi
İraq hökuməti Qüdsü İsrailin paytaxtı kimi tanıyan Amerika Birləşmiş Ştatlarına nota verib.
 
AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Mahcub məlumat verib.
 
Onun sözlərinə görə, məsələ ilə bağlı ABŞ-ın Bağdaddakı səfiri Duqlas Silliman nazirliyə çağırılıb və nota təqdim olunub.
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Trump dünən axşam keçirdiyi mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməni pozaraq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb.
0
XƏBƏR LENTİ