05:38 Bazar Ertəsi, 18 Iyun 2018
DÜNYA

İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları - FOTO

10:57, 09.09.2017835
İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları - FOTO

İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.

Cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportlarının da olduğu görünür. 30-a yaxın İŞİD-çinin sənədinin əks olunduğu fotolarda bəzilərinin adlarının oxunması çətin olsa da anadan olduqları yerlərin - Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərinin adlarını oxumaq mümkündür.   

Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı 2000-dən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir. 

///lent.az
XƏBƏR LENTİ