13:26 Cümə Axşamı, 21 Mart 2019
GƏNCLİK

"İrəli"nin hesabat-seçki konfransı keçiriləcək - Sədr dəyişəcəkmi?

17:24, 20.12.20184524

Regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan "İrəli" İctimai Birliyinin təşkilat olaraq 10, hərəkat olaraq fəaliyyətinin 15 yaşı tamam olur.

Təşkilatın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, dekabrın 25-də Nizami Kino Mərkəzində "İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçiriləcək.  

Konfransda Gənclər təşkilatlarının fəaliyyətinin açıq formada ictimaiyyətə çatdırılması məqsədi ilə təşkilatın 2016-2018-ci illərdə baş tutan fəaliyyəti haqqında hesabat veriləcək.

Baş tutacaq konfransda İctimai Birliyin nizamnaməsinə uyğun olaraq yeni idarə heyəti və sədrin seçimi nəzərdə tutulub.

Konfransda "İrəli"nin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif ediləcəklər.

Xatırladaq ki, "İrəli" İctimai Birliyi 26 avqust 2003-cü il tarixindən gənclər hərakatı kimi fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanda gənclər siyasətini həyata keçirmək və gənclərin inkişafına nail olmaqdır. 5 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətini gənclər hərakatı kimi dayandırıb. 24 dekabr 2008-ci il tarixindən təşkilat olaraq fəaliyyət göstərib.

 

"İrəli" İctimai Birliyinin 27 iyun 2014-cü ildə IV,  19 dekabr 2016 -cı ildə V Hesabat-Seçki konfransı keçirilib və seçki prosesində Mirhəsən Seyidov təşkilatın sədri seçilib.

"İrəli" İctimai Birliyinin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin təşəbbüslərini bütün sahələrdə stimullaşdırmaq və gənclər siyasətində yaxından cəlb olunan və ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin,bu sahədə çalışan dövlət orqanları ilə,qeyri- hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək və mövcud əməkdaşlıqları artıraraq Azərbaycanın gənclər siyasətinə töhfə vermək İctimai Birliyin əsas məqsədlərindəndir. 

Təşkilatın prioritet olaraq seçdiyi istiqamətlər: Dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirmək, gənclərdə müasir düşüncə tərzinin formalaşması, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, Azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması - Mədəni və tarixi irsin təbliğ olunması, beynəlxalq rəqabətədavamlı gəncliyin inkişafına dəstək olmaqdır.

Qeyd edilib ki, "İrəli" İctimai Birliyi təşkilat olaraq təsis olunmasının 10 illiyində Hesabat-Seçki konfransını əvvəlki illərdə də olduğu kimi ilk olaraq cəbhə bölgəsində həqiqi hərbi xidmətdə olan əsgərlərlə qeyd edəcək. Təşkilatın ad günü tortunun əsgərlərlə birlikdə kəsilməsi və tədbirin mədəni-əyləncəli proqramla davam etməsi planlaşdırılıb.

XƏBƏR LENTİ