10:49 Bazar Günü, 21 Yanvar 2018
SİYASƏT

"İrəvan inkar etdi, Bakı dərhal video yaydı" – Belyayev

00:37, 19.05.2017609
Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri ordumuzun Ermənistana məxsus OSA zenit-raket kompleksini məhv etməsini şərh edərkən rusiyalı jurnalist Mixail Belyayev bildirib.
 
"Bugünlərdə Azərbaycan Ordusu ermənilərə aid OSA zenit-raket kompleksini heyəti ilə birgə məhv etdi. Ermənistan qısa məlumat yaydı və "texnikanın azacıq zədələndiyini", şəxsi heyətin isə heç bir itki vermədiyini bildirdi. Azərbaycan Müdafiə Nazirliyi dərhal OSA zenit-raket kompleksinin məhv edilməsini əks etdirən video yaydı. Videodan görünür ki, kompleksə zərbə anında pelenqator fırlanır, bu isə o deməkdir ki, içəridə ekipaj üzvləri var. Videodan o da aydın olur ki, Azərbaycan İsrail istehsalı olan və hələ 2016-cı il Aprel savaşında effektivliyi üzə çıxan "Spayk"dan istifadə edib", - Belyayev qeyd edib.
 
Axar.az
0
XƏBƏR LENTİ