19:46 Bazar Günü, 15 Dekabr 2019
Maqazin

‘İrəvan-Van aviareysinin niyə açıldığını bilmək bizim haqqımızdır’ - Ziyafət Əsgərov

12:58, 18.03.20131201
‘İrəvan-Van aviareysinin niyə açıldığını bilmək bizim haqqımızdır’ -  Ziyafət Əsgərov

"Türkiyə Azərbaycanın haqq səsini birbaşa müdafiə edir, bu günə qədər Ermənistanla sərhədlərini açmayıb"

“Türkiyə Azərbaycanla dost və qardaş ölkə olmaqla yanaşı, strateji tərəfdaşıdır”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov aprelin 3-də İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılacağı ilə bağlı məlumatları şərh edərkən bildirib. O, məsələ ilə məxsusi olaraq maraqlandığını diqqətə çatdırıb: “Hər halda, bu məsələnin müəyyən qədər araşdırılmasına ehtiyac var. Amma bir şeyi nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın haqq səsini birbaşa müdafiə edir, bu günə qədər Ermənistanla sərhədlərini açmayıb. Türkiyənin bundan sonra da Ermənistanla sərhədlərini açmaq niyyəti yoxdur. Bildiyimə görə, bu, özəl bir şirkətin həyata keçirəcəyi təyyarə reysi olacaq. Amma hər bir halda bunun niyə və nə üçün baş verdiyini bilmək bizim haqqımızdır. Hesab edirəm ki, bunun açıqlaması olacaq”.

XƏBƏR LENTİ