14:52 Cümə Axşamı, 22 Fevral 2018
SOSİAL

İş adamının oğlu "Range Rover"lə qəzaya düşdü – 1 ağır yaralı

12:07, 18.08.20172175
İş adamının oğlu

Ötən gecə Şamaxı rayonunda ağır yol qəzası baş verib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, sonu 009-la bitən qara rəngli "Range Rover" markalı avtomaşının sürücüsü Mustafa İsmayılov idarəetməni itirərək qəzaya uğrayıb.

Onun Gəncə istiqamətindən gəldiyi xəbər verilir.

Qəza nəticəsində avtomobildə olan xanım sərnişin ağır xəsarət alıb və Bakıdakı klinikaların birinə yerləşdirilib.

Məlumata görə, Mustafa İsmayılovun atası Azərbaycanda və Rusiyada tanınmış iş adamıdır.

Hadisənin ictimaiyyətdən gizlədildiyi bildirilir.


0
XƏBƏR LENTİ