13:27 Cümə, 19 Yanvar 2018
DÜNYA

İŞİD əsirliyindən azad edilən susuz körpənin fotosu ürək dağladı

00:20, 09.07.20174298
İŞİD əsirliyindən azad edilən susuz körpənin fotosu ürək dağladı

 

İraq ordusu və Haşdi Şabi döyüşçüləri Qərbi Mosulda növbəti əməliyyat aparıblar.

Əməliyyatlar nəticəsində uzun müddət İŞİD əsirliyində olan Mosul sakinləri azad edilib. Əksəriyyəti qadın və uşaqlardan ibarət sakinlər aclıq və susuzluqdan əziyyət çəkiblər. Onlara tibbi və digər yardımlar edilib.

Məlumata görə, azad edilənlər arasında bir körpə daha çox diqqəti çəkib. Aclıq və susuzluqdan son anlarını yaşayan körpə əsgərlərin müdaxiləsindən sonra həyata qayıdıb.

 

Sakinlərin sözlərinə əsasən, bu vaxta qədər İŞİD terrorçularının əsirliyində bir çox körpə aclıq və susuzluqdan həyatını itirib. Terrorçular hətta körpələrə rəhm etməyib və onlara yardım göstərməyiblər.


///interaz
 

0
XƏBƏR LENTİ