03:34 Bazar Ertəsi, 22 Oktyabr 2018
SOSİAL

İşıq pulu niyə hamıya çox gəlir? - RƏSMİ AÇIQLAMA

16:59, 08.08.20184200
İşıq pulu niyə hamıya çox gəlir? - RƏSMİ AÇIQLAMA
Son günlər elektrik enerjisi sərfiyyatına görə ödənişin artıq yazılması ilə bağlı sosial şəbəkələrdə paylaşmaların sayı çoxalıb. Həmin şəxslər qeyd edirlər ki, eyni qaydada elektrik enerjisi istifadə etsələr də, ötən ay ilə müqayisədə yeni gələn bildirişlərdə işıq pulu çox yazılıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, bildiriş sayğacın göstəricisi əsasında verilir. 

Qurum rəsmisi qeyd edib ki, hər bir abonentə istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə bildiriş verilir. 

"Burada narahatçılığa heç bir əsas yoxdur. Həm də Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin məsələ araşdırılsın".
XƏBƏR LENTİ