"İslahatçı Gənclər" Gürcüstanda tədbir keçirdi

12 May 2017, 18:51
AAA

 

Mayın 11-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında gənclərin rolu” mövzusunda konfrans keçirilib.

AZXEBER.COM-un məlumatına görə, Tbilisi Dövlət Universitetində İslahatçı Gənclər İctimai Birliyi və universitetin Azərbaycanın Dostları Klubunun birgə təşkilatçılığı ilə baş tutan konfransda iki ölkə arasındakı münasibətlərin mövcud durumu və perspektivləri, bu münasibətlərin daha da inkişaf etdirilməsində gənclərin rolu müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Tbilisi Dövlət Universitetinin Azərbaycanın Dostları Klubunun rəhbəri Leyla Əmrahova iki ölkə gəncləri arasında belə görüş və toplantıların mütəmadi keçirilməsinin vacib olduğunu qeyd edərək, tədbirin əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, Azərbaycan və Gürcüstan dövlətləri və xalqları arasında qədim tarixə söykənən səmərəli dostluq və qardaşlıq münasibətləri mövcuddur və bu münasibətlərin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük vəzifə düşür.

Daha sonra çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır. F.Şahbazlı iki ölkə arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini və bu münasibətlərin hazırkı səviyyəsinə görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu qeyd edib. İGİB sədri vurğulayıb ki, iki ölkə arasındakı tarixi dostluq və strateji tərəfdaşlıq münasibətləri, eyni zamanda regionda cərəyan edən proseslər Azərbaycan və Gürcüstan gənclərinin daha da yaxından əməkdaşlıq etməsinin zəruri edir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycanın xarici siyasət strategiyası, beynəlxalq münasibətlər sistemində Azərbaycan-Gürcüstan əlaqələri və bu əlaqələrin inkişaf etdirilməsinin yolları haqqında çıxış edib. XİN sözçüsü bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı bugün ölkə rəhbərliyi tərəfindən olduqca uğurla davam etdirilir. Hikmət Hacıyev iki ölkə arasındakı münasibətlər, Azərbaycanın xarici siyasət konsepsiyası və Dağlıq Qarabağ münaqişəsi haqqında azərbaycanlı və gürcü tələbələrin suallarını cavablandırıb.

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibləri Rəhim Rəhimzadə və Vüqar Mustafayev Azərbaycan-Gürcüstan münasibətlərinin mövcud inkişaf səviyyəsindən söz açaraq, səfirliyin iki ölkə gənclərinin əməkdaşlığı istiqamətində gördüyü işlərdən danışıblar. Diplomatlar bildiriblər ki, Azərbaycan və Gürcüstan gəncləri arasında əlaqələlər bundan sonra da müxtəlif layihə və proqramlar çərçivəsində daha da genişləndirilməlidir.

İki ölkənin ortaq tarixi, mədəniyyəti və milli maraqları barədə çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov multikulturalizmin Azərbaycan və Gürcüstanda həyat tərzi olduğunu və beynəlxalq münasibətlər müstəvisində Bakı və Tbilisinin eyni maraqlardan çıxış etdiyini bildirib. İki ölkə gənclərinin həyatın bütün sahələrində sıx əməkdaşlıq etməli olduğunu xüsusi vurğulayan Əhməd Şahidov ərazi bütövlüyü və təhlükəsizlik məsələlərini ayrıca qeyd edib.

Tədbirdə çıxış edən gənc Gürcüstanın İslahatçı Gənclər Alyansının rəhbəri Dachi Chitaia və gənc siyasətçi Samirə İsmayılova iki ölkə arasında münasibətlərin qurulmasında gənclərin üzərinə düşən vəzifələr barədə danışıblar.

Sonda Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində fəal iştirak edən bir qrup gəncə İslahatçı Gənclər İctimai Birliyinin Fəxri Fərmanları təqdim edilib.

 

 

 

 


 



Oxunma sayı : 286

Loading...
SON XƏBƏRLƏR
Sürücünü qovan yol polisinin maşını qəzaya düşdü - VİDEO - 25 May 2017, 22:57
Eyni gündə Obama və Trampla görüşəcək - 25 May 2017, 20:03
Abbasəli Novruzova “Şöhrət” ordeni verildi - 25 May 2017, 19:44
Mingəçevir su anbarında BƏDBƏXT HADİSƏ: ölən var - 25 May 2017, 19:13
Xəzərdə naməlum kişi meyiti tapıldı - 25 May 2017, 18:58
Pul ala bilmədi, damarlarını doğradı - 25 May 2017, 18:20
İradə İbrahimova çəkilişlərə başladı - 25 May 2017, 18:00
Ata öz qızı ilə evləndi - 25 May 2017, 17:53
Dolların sabaha olan məzənnəsi - 25 May 2017, 17:46
Qəbul və buraxılış imtahanlarının tarixləri açıqlandı - 25 May 2017, 17:36
"Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb" - Putin - 25 May 2017, 17:25
Kurrikulum sistemi ləğv edilib? - Nazirlikdən açıqlama - 25 May 2017, 17:12
“Sputnik Azərbaycan” 2 yaşını qeyd edir - 25 May 2017, 17:11
Bu şəxslər oruc tuta bilməz - 25 May 2017, 17:11
Baş Prokurorluqdan daha bir KİV-ə XƏBƏRDARLIQ - 25 May 2017, 16:50
Müdafiə Nazirliyindən Ermənistanın iddialarına CAVAB - 25 May 2017, 16:45
Hərbi xidmətdən yayınanların işi çətinləşir - 25 May 2017, 16:08
Elza Seyidcahan lağa qoyulan şeirlərindən danışdı: "Məni tənqid edənlər..." - 25 May 2017, 16:04
Əli Abbasova niyə vəzifə verildi? - 25 May 2017, 15:54
Kişiləri evə çağırıb başına oyun açan qadından şok etiraflar — VİDEO - 25 May 2017, 15:33
14 yaşlı qıza göz dikən seksual manyaklara AĞIR CƏZA - 25 May 2017, 15:15
Həkim xəstənin 30 min dollarını alaraq aradan çıxıb - 25 May 2017, 15:09
"Gürcüstan Azərbaycan qazından asılıdır" - Kaxa Kaladze - 25 May 2017, 14:43
Ev verilməyəcək texniki işçilər kimlərdir? - RƏSMİ - 25 May 2017, 14:31
Jurnalistin klipində sevişmə səhnəsi - VİDEO - 25 May 2017, 14:26
Lətifə məmur anası ilə - FOTO - 25 May 2017, 14:16
Məcburi köçkünlər qəsəbəsində dava - Bıçaqlanan var - 25 May 2017, 14:08
Prezident "LİFAN" tövsiyə etmişdi - Nazirlər “BMW”, deputatlar isə hələ də “Mercedes” sürür (VİDEO) - 25 May 2017, 13:56
Bakıda avtobusda qırğın düşdü, oğrunu görün necə döydülər - VİDEO - 25 May 2017, 13:53
Azərbaycanlı məşhur həkim axtarışa verildi: "Hər ay bir xəstəsi əməliyyatdan sonra ölür" - FOTOLAR - 25 May 2017, 13:42
İslamiadada qızıl medal qazananlara AFFA 20 min manat verəcək - 25 May 2017, 13:21
Bakıda evakuator maşını qəzaya uğradı: yaralı var - 25 May 2017, 13:13
15 yaşlı qızın ölümündən dəqiqələr əvvəl yazdığı son mesaj - 25 May 2017, 12:47
14 yaşlı qızı 28 nəfər zorladı - 25 May 2017, 12:16
“Bazarstore”un filiallarından biri də bağlandı - 25 May 2017, 12:08
Bakıda qorxunc hadisə: 6 yaşlı uşağın başına mismar girdi - 25 May 2017, 11:51
Bakıda ana və oğul eyni ağacda özlərini asaraq intihar etdi - TƏFƏRRÜAT - 25 May 2017, 11:34
Bakıda DİN-in qarşısında ağır qəza: Ölən var - 25 May 2017, 11:26
Bu siqaretlər kəskin ucuzlaşdı - SİYAHI - 25 May 2017, 11:21
Qeyri-iş günlərinin sayı artırıldı - İyun ayında - 25 May 2017, 11:16
"28 May Respublika Günü"nə həsr olunmuş "Park Bulvar Open" rapid reytinq turniri keçirilib - Foto - 25 May 2017, 11:06
22 yaşlı oğlan özünü 5-ci mərtəbədən atdı - 25 May 2017, 10:59
Azərbaycanın tanınmış idmançısı qələbəni qeyd edərkən öldü - 25 May 2017, 10:47
Bakıda makler maşının altında qaldı - 25 May 2017, 10:37
Nadir Qafarzadəni məhv edən nə oldu? - VİDEO - 25 May 2017, 10:30
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10