15:00 Cümə Axşamı, 18 Iyul 2019
SİYASƏT

İslahatlar Azərbaycana nə vəd edir? – Dağıdılan miflər...

10:53, 24.06.20192857
İslahatlar Azərbaycana nə vəd edir? – Dağıdılan miflər...
Samir FEYRUZ 

"Mağaraçıların hücumu...”

Azərbaycanda baş verən son hadisələr, inkişaf platformasının bu dəfə daha sabit, funksional və monolit formada özünü büruzə verməsi hakimiyyət, onun tezliklə dəyişəcəyi ilə bağlı yaranmış və bu günə qədər "bron” edilmiş mifi darmadağın etdi. Bəs Azərbaycan müxalifəti üzərindən ölkəyə idxal olunan, guya daha çox hakimiyyətdaxili "boş”luqların, çəkişmələrin yaradılmasına hesablanmış miflər nədən ibarət idi? Miflər: Hakimiyyətdə klanlararası savaş gedir, ölkə sosial partlayışa, inqilaba hamilədir, hakim elita parçalanma ilə üz-üzədir, Qarabağ geri alınmayacaq, ölkənin bütün sərvətləri talanıb, məmurların əksəriyyəti yaşlanıb, ölkədə söz, fikir azadlığı yoxdur, insan hüquqları tapdalanır, müxalifət güclüdür, amma hakimiyyət təzyiqlərlə zəiflədir, xalq qorxur və meydana gəlmir və s.
Heç şübhəsiz ki, bu miflərin, yalanların cəmiyyətə yeridilməsi, hər bir vətəndaşın menyusuna təqdim edilməsi üçün şəbəkə yaradılmalı və Azərbaycan müxalifəti, bir çox partiya sədrləri, ayrı-ayrı jurnalistlər, siyasi mühacirlər bu şəbəkənin "vintil”lərinə çevrilməli idilər. Ancaq bütün bunlar mifin reallaşacağı anlamına gəlmir, necə ki, təkcə "vintil”lər deyil, artıq bu şəbəkənin özü özünü ifşa etmiş durumdadır. Azərbaycan hakimiyyəti haqqında yaradılmış miflərin, yalanların müəllifləri ən ağır "nokaut” zərbələri ilə məğlub duruma düşdülər. Amma mənfur şəbəkə öz hücum takstikasını ibtidai insan təfəkkürünün "məhsul”larından heç də fərqlənməyən elementlər üzərində qurdu. Bütün bu addımlara əbəsdən "MİF” demirik. Nəzərə alsaq ki, baş verən siyasi hadisələr dastan, kiflənmiş ənənə şəklinə salınaraq təqdim olunursa, buna başqa ad vermək olmur. Unutmayaq, mif - ən qədim janrlarından biri hesab olunur və bunu ibtidai insanların ibtidai təsəvvürləri, anlayışları yaradıb. İndi bu gün ibtidai insan düşüncəsi ilə monolit bir hakimiyyətin üstünə getmək nə dərəcədə məntiqlidir!? Hətta Amerika tarixçisi K.London daha çox xaricdən idarə olunan və XX əsrdə yuxarıda təsnifatı verilmiş məsələləri şüara çevirməklə "siyasi döyüş”ə girməyi "mağaraçıların hücumu” adlandırır,  bu tip "hücum”ların "vintil”lərinin zəkasının insan zəkasından çox kiçik, heyvan zəkasından azacıq çox olduğu qənaətində idi. Ən dəhşətlisi odur ki, uzun illərdir Azərbaycanın radikal müxalifəti özünü aldadaraq "fsyo, bu sondu.., day bu dəfə bitdi.., səbr daşdı.., az qaldı.., bir gün camaat qalxacaq.., sizində sonunuz gələcək.., bizə hesabb verəcəksiniz...” pafosundan imtina edə bilmədi.

Əslində isə...

1.     Əslində Azərbaycanda dövlət başçısı İlham Əliyevin atdığı növbəti sosial inqilabi addım mənfur şəbəkənin bütün iddialarını darmadağın etdi. Sosial partlayışdan söhbət gedə bilməz, çünki ölkədə iqtisadi-sosial böhran, iqtisadi dağınıqlılıq yoxdur, insanların yüksək dövlət təminatı vardır. Bu qədər sadə və bəsit! Hələ 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu və bu məqsədlə 1,5 milyard manat pul ayrıldı. Prezident bu dəfə minimum əməkhaqqı məbləğini 40%-ə yaxın artırdı, bu özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə VTC (Vahid Tarif Cədvəli) əsasında əməkhaqqı alan 600 minə yaxın insanın maaşlarının artırılması ilə nəticələnəcək.
2.     Son hadisələr- sosial inqilabi addımlar, ciddi kadr dəyişikləri bir daha göstərdi ki, ortada prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti var. Müxalifət xaos, özlərinin təbirincə desək "klanlararası” savaş, daxili çəkişmələr gözlədiyi halda hakim elita daha da möhkəmləndi. Hər il bir rəngə düşən Azərbaycan müxalifəti aparılan son islahatlardan dərin pərişanlıq hissi keçirərək növbəti dəfə xarici dairələrin ölkəmizdəki böhtan ruporu, mif və yalan daşıyıcıları rolunda çıxış etdilər. Hərc-mərclik arzusunda olanlar bu mənzərənin şahidi oldular: hakim komanda prezident İlham Əliyevin ətrafında daha sıx birləşib, xalq-iqtidar birliyi sarsılmazdır.
3.     Azərbaycan bütün sahələr üzrə yeni inkişaf mərhələsinə qədəm qoyub, amma heç bir sahədə dünyanın müasir trendlərindən geri qalmayıb. Ələlxüsus, insan hüquq və azadlıqlarının qorunması, söz və fikir azadlığının təmin edilməsi sahəsində əksər dövlətlərdə çox ciddi problemlər qalsa da, ancaq Azərbaycan bu sahədə bütün dünya üçün nümunə ola biləcək bir dövlətə çevrilib. Monarxiya dövlətlərinin himayəsində olan təxribatçı dairələrin ölkəmizə yönəlik bütün saxta, qərəzli ittihamları da sabun köpüyü kimi yox olub gedir. Bunlar həmin dövlətlərdir ki, edam, aclıq aksiyası zamanı məhbusların ölümü, fəalların ailə üzvlərinin təqibi, insanların inanclarına, dərisinin rənginə görə öldürülməsi ənənəsi həmin dövlətlərdə uzun illərdir mövcuddur. H.Kessincerin təbirincə desək, "cinayətkar öz əməllərinə şərik etmək üçün mütləq başqa bir cinayətkarı yox, təmiz insan axtaracaq...”. ABŞ-da dərisinin rəngi qara olduğuna görə bu gün də yüz minlərlə insan ən ağır formada təzyiqlərə məruz qalır, Avropanın bir sra böyük dövlətləri vergi siyasəti ilə vətəndaşının belini qıraraq əldə etdiyi pulu müsəlman dövlətlərində inqilablara "yatırım” edir və s.
4.     "Qarabağ geri alınmayacaq” iddiası ilə insanların hakimiyyətə, dövlətə olan inamını sarsıtmağa çalışanlar öz hakimiyyətləri dövründə Qarabağı ermənilərə təhvil-təslim etdilər, məhz onların apardığı naşı siyasət üzündən insanlarımız məcburi köçkünə çevrildilər, minlərlə şəhid verdik. Öz xəyanətlərini pərdələmək üçün atılan bu addımlar suda boğularkən saman çöpündən yapışmaq kimi bir şeydir. Və onların bu iddiaları təsadüfi deyil, bilirlər ki, Qarabağ xalqımız üçün olduqca həssas, ən önəmli məsələdir. Onu da bilirlər ki, nə Azərbaycan xalqı, nə də Azərbaycan hakimiyyəti torpaqlarımızın işğalı ilə barışmayıb və barışmayacaq. Gec-tez Qarabağ erməni terrorçulardan təmizlənəcək və Qarabağ məhz bu hakimiyyətin dövründə, İlham Əliyevin prezidentlik zamanında azad ediləcək! Şübhəsiz ki, zəif, öz-özlərinin qəniminə çevrilən müxalifətin güclənə bilməməsi, sosial bazadan tamamilə məhrum olması xalqın onlara inamsızlığı ilə bağlıdır.
Prezident İlham Əliyevin apardığı siyasətin əsasında ilk növbədə insan amili dayanır. Ona görə də atılan hər bir addım vətəndaşın mənafeyinə hesablanır. İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı ortaya qoyduğu qətiyyətli mövqe yaxın gələcəkdə bu problemin həll olunacağına, ermənilərin torpaqlarımızdan çıxarılacağına böyük əminlik yaradır. Azərbaycan xalqı Prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımları görür, dəstəkləyir və hər bir azərbaycanlı Ali Baş Komandanın bircə əmri ilə döyüşə hazır olduğunu, ona olan inamını dəfələrlə sübut edib. Ölkəmizdə iqtisadi-sosial həyatın bütün sahələrində böyük inkişafa nail olunub, təhsil işçilərinin, özəl sektorda işləyənlərin, dövlət qurumlarında çalışanların maaşı, pensiyaçıların müavinəti mütəmadi şəkildə artırılır və görünən budur ki, bu istiqamətdə bundan sonra da müsbət addımlar atılacaq. Ən əsası, Azərbaycanda sabitlik hökm sürür, daxili və xarici mənfur qüvvələrin məkrli planalrı beşiyindəcə boğulur. Hər bir azərbaycanlı əmindir ki, onu qoruyan Prezidenti vardır. Aparılan islahatlar Azərbaycana tarix boyu indiyə qədər heç vaxt əldə etmədiyi böyük bir güc vəd edir, necə ki,dövlətimiz bu günkü qədər heç vaxt güclü olmayıb. Coğrafi baxımdan kiçik dövlətimiz artıq dünyanın nəhəng bir hissəsinə çevrilib. Bir müddət sonra Ermənistan regionda başına kəndir salınmış vəziyyətdə qalacaq, necə ki, bu gün bütün regional layihələrdən kənarda qalıb, dünyanın heç bir dövləti Ermənistanla müstəqil və normal ünsiyyətə girmir. Çünki ölkənin heç bir resursu yoxdur, insanları isə aclıq və səfalət içində vurnuxurlar. Heç şübhəsiz ki, aparılan islahatlar təkcə daxili çatışmazlıqları aradan götürməyəcək, həm də Azərbaycanın daha böyük iqtisadi-siyasi güc əldə etməsi ilə Ermənistan daha rəzil duruma düşəcək. 
XƏBƏR LENTİ