İslam həmrəyliy oyunları və ya İslam Həmrəyliyinin Azərbaycan modeli

26 Aprel 2017, 19:00
AAA

 

Bildiyimiz kimi 4-cü İslam Həmrəyliy oyunları bu il ölkəmizdə təşkil ediləcəkdir. Artıq bu oyunlara sayılı günlər qalmaqdadır. Təbii ki, bu oyunların bizim ölkəmizdə keçirilməsi İslam dünyasının Azərbaycana verdiyi dəyəri bir daha təsdiq edir.

 

2009-cu ildə Bakı şəhərinin İslam Mədəniyyətinin paytaxtı elan edilməsi, Azərbaycanın həm İslam Əməkdaşlıq təşkilatının, həm də İSESKO-nın fəaliyyətində uğurla iştirak etməsi, 2018-ci il üçün Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı elan edilməsi ölkəmizin İslam aləmində əvəzedilməz rol oynadığını göstərir. İslam Həmrəyliy oyunları İslam Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin iştirakı ilə keçirilir. Onu da vurğulamaq istərdim ki, bu oyunlarda təkcə müsəlmanlar deyil, eyni zamanda İslam Əməkdaşlıq təşkilatına üzv olan ölkələrin müsəlman olmayan vətəndaşlarının da iştirakına icazə verilir. Bu İslam həmrəyliyi oyunlarının dinindən asılı olmayaraq insanlara qarşı nə qədər tolerant, humanist yanaşdığını göstərir. Lakin İslam həmrəyliyi tək idman sferasında deyil, sosial, iqtisadi, mədəniyyət, elm və texnika, insan hüquqları, informasiya və digər beynəlxalq məsələlərdə də müsəlmanların birliyini tələb edir.

 

Demokratik prinsiplərə və hüququn üstünlüyünə əsaslanan İslam həmrəyliyinin yaradılması İslam dünyasının mövcud problemlərinin həllində çox əhəmiyyətli bir addım ola bilər. İslam həmrəyliyinin yaradılmasında başlıca məqsədlərdən biri, deyərdim ki, 1-cisi insanların təməl hüquq və azadlıqlarının təmin edilməsidir. İslam istər müsəlman ölkələrində, istərsə də bütün dünyada insanların hüquq və azadlıqlarının bərabər şəkildə təmin edilməsini istəyir. Təbii ki, haqsızlıqların aradan qaldırılması, insan hüquqlarının təminatı İslam həmrəyliyinin birinci hədəfidir. İslam həmrəyliyinin yaradılmasında 2-ci başlıca məqsəd İslama qarşı edilən yaxud edilə biləcək təhlükələrin qarşısının alınmasıdır. İslam ölkələri dünyada mövcud olan hökmran ölkələrin təzyiqlərindən xilas olmaq və dünyada öz hüquqlarının qorunması üçün bir olmalı və güclənməlidirlər. Bütün dünya müsəlmanları birlikdə hərəkət edə bilməlidir.

 

İslam həmrəyliyinin formalaşdırılmasında digər başlıca məqsəd iqtisadi gücün artırılmasıdır. İqtisadi əməkdaşlıq həm ölkələrin sabitliyi, həm də inkişaf baxımından olduqca əhəmiyyətlidir. Müsəlman ölkələrin əksəriyyəti geoloji baxımından başda neft və qaz ehtiyatları olmaqla zəngin enerji qaynaqlarına malikdirlər. İslam dünyasında olan varlı və yoxsul ölkələr arasındakı fərqin aradan qaldırılması əsas müzakirə predmetidir. Bu məsələdə daha zəngin İslam ölkələrinin kasıb ölkələrin iqtisadiyyatına investisiyalar yatırması, ortaq layihələrin reallaşdırılması mühüm bir addım olacaqdır. Belə olduqda ölkələr həm bir-birlərinin təcrübələrindən istifadə edəcək, həm də kapital qoyulan sahələr hər iki tərəfin iqtisadiyyatının gəlir mənbəyinə çevriləcək. Belə olduqda müsəlmanların rifah səviyyəsi və yaşayış standartı yüksələcək, İslam ölkələri arasındakı bərabərsizliklər aradan qaldırılacaq.

Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam həmrəyliyi ili” elan edilməsinin ölkəmiz üçün çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti vardır. Bu tarixi Sərəncamla Azərbaycan öz milli-mənəvi dəyərlərinə bağlılığını göstərməklə yanaşı, eləcə də çağdaş ölkə kimi gələcəyə qardaşlıq körpüsü salır. Azərbaycanın müsəlman aləminin həmrəylik oyunlarına ev sahibliyi etməsi ölkəmizdə dini həmrəyliyin hökm sürdüyünü bir daha dünyaya çatdırmış olacaq.

 

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün dünyada müsəlmanlar arasında birlik və həmrəyliyin möhkənlənməsinə kömək edəcəkdir.

 

Azərbaycan dünyaya tolerantlıq modelini təqdim edir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.


 

Aygül Ağayeva

YAP Səbail rayon "Əhməd Cavad 12” Ərazi Təşkilatının Gənclər Birliyinin sədri

 


Oxunma sayı : 1101

Loading...
SON XƏBƏRLƏR
SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib - 25 İyul 2017, 18:01
Hacıqabulda qanlı insident: qonşusunu güllələndi - 25 İyul 2017, 17:56
“Hər şeyə səbəb olan Əli Abbasov çöldə, biz isə içərdəyik” – "Rabitə işi"ndə son sözlər - 25 İyul 2017, 17:52
“Sonradan bildim ki, məni sevə-sevə anamla da münasibət saxlayırdı” - 25 İyul 2017, 17:33
Səbail sakinlərindən icra hakimiyyətinə cavab: "Ağacı gecə ilə kəsib, yerini isə betonlayıblar" - 25 İyul 2017, 17:24
Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən abituriyentlərin NƏZƏRİNƏ - 25 İyul 2017, 17:07
“Lotu Quli”nin yeznəsi azadlığa buraxıldı – Vaxtından əvvəl - 25 İyul 2017, 17:02
Mehriban Əliyevanın nəvəsi ilə -FOTOSU - 25 İyul 2017, 16:38
Aysel məşhur müğənninin klipinə çəkilir - FOTO - 25 İyul 2017, 16:19
Qənirə Paşayevaya Aksaray və Kapadokyanın(Uçhisar) Fəxri Vətəndaşlığı verilib - 25 İyul 2017, 16:16
Təhsil müəssisəsindən rekord nəticə! 20 nəfər 600-dən çox bal topladı! - 25 İyul 2017, 16:14
ABŞ-da yaşayan azərbaycanlılar üçün radio fəaliyyətə başlayır - 25 İyul 2017, 16:08
Övladları boşanan qudalar dalaşdı: oğlanın atası qızın anasını döydü - 25 İyul 2017, 16:07
Azərbaycanda icra hakiminin müavini işdən çıxarıldı - FOTO - 25 İyul 2017, 15:51
Ermənistan döyüş PUA-dan istifadə etdi: azərbaycanlı hərbçi yaralandı - 25 İyul 2017, 15:31
Səbail rayon icra hakimiyyətindən ağac kəsilməsi xəbərinə - REAKSİYA - 25 İyul 2017, 15:29
Oğlumun adı Xiyar, qızımın adını Xiyarə olsun! – BİABIRÇILIQ - 25 İyul 2017, 15:14
Növbəti doğuş terroru: Gənc ana komaya düşdü - 25 İyul 2017, 14:40
Sevgilisinin anası ilə dəfələrlə sevişdi, sonda öldürdü - Azərbaycanda dəhşətli hadisə - 25 İyul 2017, 14:25
13 yaşlı oğlan 13 yaşlı hamilə qızla evləndirildi - 25 İyul 2017, 14:22
İki gün əvvəl dənizdə batan oğlanın meyiti tapıldı - 25 İyul 2017, 14:18
Ali məktəblərə II və III qruplar üzrə qəbul planı məlum oldu - 25 İyul 2017, 14:06
Azərbaycanda bu çimərliyə kişilər buraxılmır - VİDEO - 25 İyul 2017, 13:42
Adam vurub öldürən olimpiya çempionumuza cinayət işi açıldı - 25 İyul 2017, 13:40
Azərbaycanda 19 məktəbli qız abort etdirib - 25 İyul 2017, 13:37
Azərbaycanda 25 yaşlı oğul 46 yaşlı anasını döydü - 25 İyul 2017, 13:24
Baş Prokurorluq: Xətai rayonunda qanunsuz ağac kəsən şəxslər həbs ediliblər - 25 İyul 2017, 13:12
Prezident məşhur cütlüyün nikah şahidliyini etdi - FOTO - 25 İyul 2017, 12:54
Günay İbrahimlinin yeni mahnısı da plaqiat çıxdı - VİDEO - 25 İyul 2017, 12:44
"Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!" - FOTOLAR - 25 İyul 2017, 12:31
Jurnalisti qladiator və “satqın” sayanların cığallığı - 25 İyul 2017, 12:27
Yaqub Zurufçu Ermənistana getməyə hazırlaşan Ququş haqqında bütün sirləri açdı - 25 İyul 2017, 12:25
Prezident Milli Qəhrəman Salatın Əsgərovanın oğluna da ev hədiyyə edib - 25 İyul 2017, 12:16
Dəhşətli yanğında sağ qalan azərbaycanlı uşağı qubernator nəzarətə götürdü - 25 İyul 2017, 11:49
Prezidentin nəvələri istirahətdə - FOTOLAR - 25 İyul 2017, 11:35
Aşıq Samirənin bahalı maşını - FOTO - 25 İyul 2017, 11:28
Azərbaycan bayrağı söküldü, Mübariz Mənsimov əsəbiləşdi: "Ciyərini sökərəm!" - 25 İyul 2017, 11:17
Bakıda avtobus qəzası - Xəsarət alan var - VİDEO - 25 İyul 2017, 11:09
Avqustun 1-dən sürücülər üçün 50 manatlıq cərimələr olacaq - 25 İyul 2017, 11:06
Binadan yıxılan 1 yaşlı uşaq öldü - Bakıda faciə - 25 İyul 2017, 11:01
DTX beynəlxalq kibercinayətkarları ifşa etdi - 25 İyul 2017, 10:57
Azərbaycanlı iş adamı oğluna 4 gün, 4 gecə toy etdi - FOTO - 25 İyul 2017, 10:41
Gəlini döyüb, saçını qırxdılar - Samuxda dəhşət - 25 İyul 2017, 10:20
Bakıda kafedə kütləvi dava: Yaralanan var - 25 İyul 2017, 10:12
DİN vətəndaşlara müraciət etdi - 24 İyul 2017, 18:16
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10