01:31 Bazar Ertəsi, 10 Dekabr 2018
GƏNCLİK

"İslam Həmrəyliyi – Dünyaya Mesaj” layihəsi keçirildi

14:28, 30.12.20171025
Dekabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdıgı "İslam Həmrəyliyi – Dünyaya Mesaj” layihəsinin təqdimatı keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, universitet tələbələri və QHT nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Bəhruz Nəzərov Azərbaycanda "İslam Həmryliyi ili” çərçivəsində keçirilən "İslam Həmrəyliyi – Dünyaya Mesaj” layihəsinin Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırıldığını bildirib. Azərnbaycan tarixən tolerantlıq məkanı olduğunu, ayrı-ayrı dinlərin nümayəndələrinin mehriban qonşuluq və dostluq şəraitində yaşadığını bildirib. "Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin reallaşdırdıgı "İslam Həmrəyliyi – Dünyaya Mesaj” adlı layihəsi barədə toplaşanlara məlumat verən sədr müavini layihə çərçivəsində eyniadlı sənədli filmin çəkildiyini və "Tolerantlıq məkanı – Azərbaycan” adlı kataloq-məlumat kitabçasının hazırlandığını bildirib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Azərbaycanda "İslam Həmrəyliyi ili”nin əhəmiyyətindən danışaraq ali məktəblərdə bu kimi tədbirlərin keçirilməsinin önəmini qeyd edib. "İslam Həmrəyliyi – Dünyaya Mesaj” layihəsinin adından da göründüyü kimi bu təşəbbüsün İslamın həqiqi mahiyyəti barədə dünyaya mesaj olduğunu qeyd edən prorektor A.Babayev ADNSU-nun bu kimi maarifpərvər tədbirlərdə iştiraka hər zaman hazır olduğunu bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov tarixən İslam sivilizasiyasının mərkəzlərindən biri olan Azərbaycanın müasir dövrdə sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini qeyd edib. O Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə elan olunan "İslam Həmrəyliyi ili”nin müsəlman ölkələrində birliyin möhkəmlənməsinə və islamın sülh, əmin-amanlıq dini olmasını bütün dünyaya nümayiş etdirmək məqdəsi daşıdığını bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Azərbaycan cəmiyyətində din-dövlət münasibətləri, müxtəlif dini konfessiyalar arasında səmərəli əməkdaşlıq münasibətlərinin mövcudluğu barədə məlumat verib, gəncləri bəzi qüvvələrin dini zəmində apardığı mürtəce təbliğata qarşı ayıq olmağa səsləyib.

Sonra toplantı iştirakçılarına "İslam Həmrəyliyi – Dünyaya Mesaj” səndəli filmi təqdim olunub.

Sənədli filmin nümayişindən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyri-hökumət təşkilatlarının islam həmrəyliyi mövzusunda layihələrinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Daha sonra o "Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin hazırladığı "İslam Həmrəyliyi – Dünyaya Mesaj” sənədli filminin digər ali məktəblərdə, eləcə də orta ümumtəhsil məktəblərində də nümayişinin vacibliyini vurğulayıb.

Sonra toplaşanlara layihə çərçivəsində hazırlanmış "Tolerantlıq məkanı – Azərbaycan” adlı Kataloq – Məlumat kitabçası təqdim olunub.

Tədbirin sonunda "Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Bəhruz Nəzərov layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fonduna təşəkkürünü bildirib, bütün iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib.
XƏBƏR LENTİ