05:09 Bazar Ertəsi, 19 Noyabr 2018
HADİSƏ

İsmayıllıda manyak peyda olub? – Qadınların alt paltarlarını…

16:18, 04.09.20185831
İsmayıllıda manyak peyda olub? – Qadınların alt paltarlarını…

Uzun müddətdir İsmayıllıda bir manyak rayon sakinlərini həyəcandan saxlayır.

Sakinlərin verdiyi məlumata görə artıq 1 ildir ki, gecələr onların həyətlərinə kimsə girir.

Maraqlı məqam ordadır ki, həyətlərə girən şəxs evlərdən heç nə oğurlamır. Paltar ipindən asılan qadın alt paltarları istisna olmaqla…

Sakinlərin bildirdiyinə görə, qadın alt paltarlarını oğurlayan manyakın boyu təxmini 2 metrə yaxındır və üzərində deşici alət daşıyır. Əvvəllər rayon sakinləri bu məsələyə əhəmiyyət verməsələr də son zamanlar bu hadisənin intensivi artdığından polisə müraciət olunub.

Məsələ ilə bağlı İsmayıllı rayon polis idarəsi ilə əlaqə saxladıq. Oradan saytımıza bildirdilər ki, bununla bağlı rəsmi açıqlamanı DİN-nin mətbuat xidməti verə bilər. Mətbuat xidmətində isə telefonlarımıza cavab verən tapılmadı.

Məsələni dəqiqləşdirməyə çalışırıq.

minval.info
XƏBƏR LENTİ