00:23 Bazar Ertəsi, 23 Sentyabr 2019
DÜNYA

İsrailin ilk gey naziri

18:15, 06.06.20195429
İsrailin ilk gey naziri

Benyamin Netanyahu onu rüşvət və dələduzluq ittihamından qoruyan şəxsə üstünlük verdi 

AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, "BBC" xəbər verir ki, İsrail tarixində ilk dəfə rəsmən gey olduğunu etiraf edən şəxs-Amir Ohana Baş Nazir Benyamin Netanyahu tərəfindən nazir təyin olunub.

43 yaşlı yeni nazir Benyamin Netanyahunun Likud Partiyasının üzvüdür. O, Baş Nazirə yaxınlığı ilə tanınır. Bəllidir ki, Benyamin Netanyahunun rüşvət və dələduzluqda ittiham olunur. Düzdür, o, bütün ittihamları rədd edir. Ancaq yaxın aylarda bu məsələnin istintaqında yeni və daha ciddi dönəm başlayacaq. O da məlumdur ki, Amir Ohana Baş Nazirə yönəlmiş ittihamların aradan qaldırılması üçün hüquqi müstəvidə xeyli səy göstərib. 

Hazırda İsrail parlamenti özünü buraxıb və sentyabrda keçiriləcək yeni seçkilərə hazırlıq gedir. Benyamin Netanyahu yeni hökuməti təşkil edə bilmədi, çünki parlament ona yetərincə dəstək vermədi. 

Amir Ohana geylərin hüquqlarının müdafiəçisi kimi tanınır və eyni cinsdən olan cütlüklərin evlənməsi üçün çalışır. Hazırda İsraildə eyni cinsdən olan insanların evlənməsi yasaqdır. Bu fikridə olanlar buna qanunla icazə verən ölkələrə üz tutur.

"BBC" vurğulayır ki, bu kimi şeylər gücü ilə seçilən ultra-mühafizəkar yəhudi cəmiyyəti tərəfindən rədd edilir Ancaq İsrail hökuməti isə yerli gey cəmiyyətinə xoş münasibət bəsləyir və həmin cəmiyyət qanunla müdafiə olunur. 

Britaniya radiosu xatırladır ki, ötən il Təl-Əviv yaxınlığındakı şəhərin valisi də rəsmən gey olduğunu etiraf etmişdi. Bundan başqa, İsrail parlamentində də bir neçə gey var.

XƏBƏR LENTİ