İşsiz Azərbaycan aktyorları və Azərbaycan filmlərinin türk "ulduz"ları

14 Noyabr 2017, 15:43
AAA

"Hamımız yaxşı bilirik ki, kino aləmində tez-tez ədalətsizliklər də olur. Pis çıxmasın, işlədirlər, pulumuzu vermirlər. Ya da elə məbləğdə qonorar təklif edirlər ki, o filmə çəkilmək istəmirsən.

Düzdür, əgər həqiqətən mən bilsəm ki, seriala, filmə çəkiləcəyəm və bu tamaşaçıya böyük zövq verəcək, heç qonorara da baxmaram. Amma ucuz və heç bir dramaturji yükü olmayan ekran əsərinə çəkilməkdənsə, çəkilməmək yaxşıdır”.

Bu fikirləri bir müddət əvvəl mənimlə həmsöhbət olan əməkdar artist Naibə Allahverdiyeva söyləmişdi. O vaxtdan ağlımda qalıb. Naibə xanımı son dönəm filmlərində görməmişəm. Maksimum "Qız atası” serialı, minimum "Qardaşlar”...
Həqiqətən də bu sual məni çox düşündürür. Bəs görəsən, həqiqətən də əsl səbəb qonorar azlığı və ya rejissorların aktyorları işlədib pul verməmələridir? Niyə bizim bir çox istedadlı aktyor və aktrisalarımız işsiz, qonorarsız, tamaşaçısız qaldığı halda rejissorlarımız başqa ölkələrin aktyor və aktrisalarına ağız açırlar? Niyə bizimkinə az pul təklif edib, hətta aldadaraq, pulsuz işlədib, əcnəbini istədiyi rəqəmlərə və minnətlə ölkəyə gətirirlər?

Əvvəla, xaricdən aktyor və ya aktrisa gətirmək büdcəyə xeyir vermir. Bunun gediş-gəliş biletləri var, çəkiliş müddətində onu otellərdə qonaq etmək, yedirmək, içirmək var. Türkiyədə unudulduğu vaxt qolaltı qarpızlarla Bakıya gəlib "Azərbaycanda bir aktyor və ya aktrisa yox idi ki, məni gətirdiniz də!” deməyinə qarşılıq olaraq, verəcəyin yüklü miqdarda qonorar var və s. Amma bunun yaxşı tərəfləri də var.

Məsələn, eşidəndə ki, əməkdar artist Mehriban Xanlarova yeni filmə çəkilib, o filmə baxmağa gedən az olur. Ona görə yox ki, Mehriban xanım hansısa əcnəbi aktrisalardan geri qalır. Qətiyyən! Sadəcə bizim psixoloji prinsiplərimiz var:

1.Əşi, özümüzküdür də!

2. Bizdə kino var?

3. Türklər başqadırlar da
Amma eşidəndə ki, məsələn, Duyğu Qaraca, yaxud Eray Türk Azərbaycan filminə çəkilir, bu zaman kinoteatra axın da başlayır.

Təktərəfli görünməmək üçün, yaz aylarında təqdim olunan və türklərə meylli Azərbaycan filmi olan "The game”-in rejissoru Orxan Bayramova "Salam”dan sonra birbaşa bu sualı verdim:

"Azərbaycanda aktrisa tapmadınız ki, türklərə müraciət etdiniz?”

Cavab belə oldu:

"Mənim azərbaycanlı yox, türk aktyor və aktrisalara müraciət etməyimin məqsədi, eyni məhsulu yeməkdən bezən tamaşaçının ağız dadını dəyişmək idi. Əlimin içi kimi bilirəm ki, bizdə xaricə çıxarılası aktyor yoxdur. Aktyorun qabında olmalıdır. Qabı boşdursa, Qay Riçi kimi rejissor da gəlsin, xeyri yoxdur”.

Xatırladım ki, Orxan Bayramov filmdə Sərxan Gənc, Ayşən Batiqun, Eray Türk kimi türkiyəli ulduzlarla yanaşı, Pərviz Məmmədrzayev, Pərvin Abıyeva, Şirzad Pirallahı kimi "özümüzkülər”ə də rol verib.
İlham Məhərrəmovun yenicə çəkdiyi "Eşqə gəl” filmində də ənənəvi türklərə rast gələcəyimizi bilirik. Lakin bu film hələ vitrinə qoyulmadığı üçün sağındakı və solundakı məhsullarla müqayisəsi də mümkün olmur, təəssüf ki, bu problemin içinə varmaq üçün kino tarixinə nəzər salsaq, görərik ki, sanki əcnəbilərə, əsasən də türklərə meyllilik həmişə bizim canımızda olub.

Vaxt var idi Türkiyənin tanınmış aktrisası Maral Konrat Azərbaycan kinosunun ulduzu idi. Elə bir ulduz ki, bu gün də sönməyib. Konratın 1993-cü ildə yaratdığı Təhminə obrazı bu gün də açıq müzakirələrə səbəb olur. Hər kəsdə sanki qəti əminlik yaranıb ki, Təhminəni heç bir azərbaycanlı aktrisa oynaya bilməzdi. Bu həqiqətən də belədirmi?

Vaxt olub ki, Azərbaycanın Tofiq Tağızadə kimi rejissoru da türklərlə işləyib. "O dünyadansalam” filmində Kefli İsgəndər kimi əsas obrazı türk aktyoru Yılmaz Duru canlandırıb.
Azərbaycan xalqı həmişə tolerant olub. Bu danılmaz faktdır. Bir zaman filmlərimizdə rus, gürcü, hətta təəssüf ki, erməni aktyorlarının da ulduzu parlayıb.

Bu gün də filmlərdə belə hallar var. Əsasən də müştərək filmlər çoxalır. Əslində bu sevindirici haldır. Hər ölkənin kinematoqrafında müştərək filmlərin istehsalına yer verilməsi qanundur. Söhbət özəl sponsorların dəstəyi ilə başa gələn kommersiya filmlərindən gedirsə belə, olsun. Məsələn, yenicə təqdim olunan "Yanlış anlama” filmində Şövkət Çoruh, Bahadur Efe, Duyğu Qaraca, Pelin Sönməz kimi türk aktyorlarla yanaşı xarici mətbuatda İslam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva kimi azərbaycanlıların adının çəkilməsi də müsbət haldır. Həmçinin, təqdimata hazırlaşan "Qardaşım mənim” filminin ikinci hissəsində Murad Boz, Burak Özçivit kimi isimlərin yanında Kamran Ağabalayevin ismini görmək də xoşdur. Lakin müştərək film damğası ilə o ekran əsərini xilas etmək də olmur. Bu adlar sadəcə filmin çəkisini, ağırlıq dərəcəsini artırır. Məsələn, "Sara” filmində Rasim Balayevi, "Mələyin öpüşü” filmində Fuad Poladovu görmək nəyə desən, dəyər. Lakin bu azdır.
Hər film çəkən insan rejissor deyil. Vəziyyət elə gətirib ki, pulu olan və ya prodüserlik qabiliyyəti güclü inkişaf edib maliyyə dəstəyi tapanlar daha çox film çəkir, nəinki əsl rejissorlar. Lakin öz istedadlı sənətkarlarımızı qoyub "ucuz adlar”, "keyfiyyətsiz brendlər” dalınca getmək nə rejissorluqdandır, nə də prodüserlikdən. Bu sadəcə pul qazanmaq istəyidir, hansı ki, həmin pulu başqa yollarla da qazanmaq mümkündür: Məsələn, təndir yapmaqla.

 

Könül Əlibəyli


Oxunma sayı : 1750

SON XƏBƏRLƏR
Mingəçevirdə üçəm qız dünyaya gəlib - 21 Noyabr 2017, 17:42
Sevinc Ağasıyeva: "Bu işdən çox böyük zövq aldım" - FOTOSESSİYA - 21 Noyabr 2017, 17:38
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Baş nazir Milli Məclisdə - Büdcə müzakirələri başladı - 21 Noyabr 2017, 12:16
Qubada dəhşət - Oğul atasını güllələdi - 21 Noyabr 2017, 12:04
Səttar Mehbalıyev Səlim Müslümovu 1 il əvəz edəcək - 21 Noyabr 2017, 11:54
Bərdədə 20 yaşlı qızın əli ətçəkən maşında qaldı - 21 Noyabr 2017, 11:51
Ordumuz düşməni geri çəkilməyə məcbur etdi - VİDEO - 21 Noyabr 2017, 11:39
Kriminal avtoritet ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı: "Kişilik avtoritetlərdə olur" - 21 Noyabr 2017, 11:30
Bağça müəlliməsi uşağa işgəncə verdi - VİDEO - 21 Noyabr 2017, 11:23
Azərbaycanda yol polisinin "bonusu" - Bunun üçün daha çox cərimə yazılır? - 21 Noyabr 2017, 11:02
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10