17:50 Bazar Ertəsi, 24 Iyun 2019
SOSİAL

İstanbul Aydın Universiteti Gəncə və Şəkidə Bilik Olimpiadası keçirib - FOTOLAR

21:26, 21.05.20194320
İstanbul Aydın Universiteti Gəncə və Şəkidə Bilik Olimpiadası keçirib - FOTOLAR
Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin təşəbbüsü ilə Azərbaycanın Gəncə və Şəki şəhərlərində Bilik Olimpiadası təşkil olunub. Universitetin Azərbaycan təmsilçiliyindən daxil olan məlumata görə, Olimpiada Şəki şəhərində Şəki Hazırlıq Mərkəzi, Gəncə şəhərində Kəpəz Hazırlıq Mərkəzi ilə əməkdaşlıq şəraitində baş tutub.

Olimpiadaların açılışında çıxış edən universitetin Azərbaycan təmsilçisi Fərid Şahbazlı deyib ki, olimpiadanın keçirilməsində məqsəd regionlarda yuxarı sinif şagirdlərinin müxtəlif fənlər üzrə bilik və bacarıqlarını üzə çıxarmaq və şagirdlərin təhsilə olan marağını təşviq etməkdir. F.Şahbazlı qeyd edib ki, İstanbul Aydın Universiteti təsisçisi Dr. Mustafa Aydının rəhbərliyi altında Türkiyənin ən sürətlə inkişaf edən nüfuzlu ali təhsil ocaqlarından biridir:

"İAU özünün böyük və rəngli kampüsü, güclü maddi-texniki bazası, peşəkar kadr potensialı və geniş beynəlxalq əlaqələri ilə azərbaycanlı, ümumilikdə isə xarici tələbələrin ən çox sevdiyi vəqf universitetidir. Universitet Azərbaycanla əlaqələrə xüsusi önəm verir və tələbələr üçün böyük imkanlar açır”.

Daha sonra çıxış edən Şəki Hazırlıq Mərkəzinin direktoru Şöhrət İbadov Azərbaycanla Türkiyə arasındakı təhsil əlaqələrindən söz açıb. O bildirib ki, İstanbul Aydın Universitetinin bu əlaqələrin genişlənməsi və inkişafında mühüm rolu var.

İstanbul Aydın Universiteti ilə bağlı film Gəncə və Şəki şəhərlərində müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb.

Daha sonra Bilik Olimpiadasına start verilib. Olimpiadada fərqlənən şagirdlərə İstanbul Aydın Universitetinin xatirə hədiyyələri və sertifikatları təqdim olunacaq.

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ