09:35 çərşənbə Axşamı, 19 Mart 2019
Maqazin

"İstəmədiyim halda saçlarımı keçəl etdim" - Zülfiyyə

11:31, 09.01.20193831
"Bəzən elə bir sualın qarşısında aciz qalır ki, insan... İstəmədən o sualın pəncəsində qalırsan"

AZXEBER.COM-un məlumatına görə, bu sözləri bir müddət xərçəng xəstəliyindən əziyyət çəkən və ona qalib gələn aparıcı, Zülfiyyə Bayramova sosial şəbəkədə yazıb. 

Aparıcı xəstəliyi ilə bağlı ona ünvanlanan suallardan və onlara vediyi cavablardan yazıb:

"Doğal halım necədir, elə qalacam. Bir də ki, hər yaşın öz gözəlliyinin dadını çıxarmaq istəyirəm. Xanım "Doğru, sən normal insanlardan gözəlsən" söylədi. Bəlkə də xanım guya məni təsəlli edirdi, əslində isə qaş düzəltdiyi yerdə göz çıxarmışdı. O an mən qarışıq sualların pəncəsində qalmışdım. Hansısa xəstəliyi keçirmək anormallıqdır? Mənim xəstəliyi normal qarşılayıb, şükr etməyim anormallıqdır? Bəlkə öz dərdimlə bərabər buna düçar olmuş insanlara bir ümid işığı olmağım anormaldır? 

İstəmədiyim halda saçlarımı dibindən qırxdırmaq anormalıqdır? Nə idi axı məndə olan anormallıq? Bəs normal olan nədir? Bu sualların arasında düşündükcə bir şeyi anladım və o da üzümdə təbəssüm yaratdı. Mən normal olmağı seçirəm. O, düşündüyü normallıq mənə dar gələr. Mən halımdan məmnunam".

XƏBƏR LENTİ