12:27 çərşənbə Axşamı, 24 Aprel 2018
Manşet

İTV Yayım Şurasının sədri Muxtar İmanov olacaq?!

15:04, 05.04.20171606
İTV Yayım Şurasının sədri Muxtar İmanov olacaq?!
Milli Məclisin Mədəniyyət komitəsinin İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsinə baxılıb.
 
AZXEBER.COM xəbər verir ki, komitə sədri Rafael Hüseynov deyib ki, namizədlər Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparat rəhbəri Həsən Cəfərov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərovdur.
 
O bildirib ki, bu şəxslər cəmiyyətdə kifayət qədər aktivdirlər. Məsələ Milli Məclisin iclasına tövsiyə olunub.
 
AZXEBER.COM-un məlumatına görə, şura sədrliyinə iki şəxs favoritdir. Bunlar Muxtar İmanov və Azər Həsrətdir. İddiaya görə. Muxtar İmanov bundan öncə də yayım şurasında təmsil olunduğuna görə, yeni sədr də məhz o olacaq.
 

 

0
XƏBƏR LENTİ