05:45 Bazar Ertəsi, 23 Aprel 2018
Manşet

İTV Yayım Şurasının yeni sədri məlum oldu

16:28, 18.04.2017614
İTV Yayım Şurasının yeni sədri məlum oldu
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
 
"Report”un xəbərinə görə, iclasda təşkilati məsələyə baxılıb. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib. Qeyd edək ki, 62 yaşlı M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür.
 
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir Cahangir Məmmədli həyata keçirirdi.
0
XƏBƏR LENTİ