03:26 Bazar Ertəsi, 27 May 2019
Maqazin

İzzətdən onu tənqid edənlərə cavab: Soyunanlara söz demirlər, mənə sataşırlar

12:27, 15.05.20193410
İzzətdən onu tənqid edənlərə cavab: Soyunanlara söz demirlər, mənə sataşırlar
Tanınmış müğənni İzzət Bağırovun geyimi birmənalı qarşılanmayıb.
 
Müğənninin geyimi sosial şəbəkədə tənqid atəşinə tutulub. Bəzi istifadəçilər geyimin İzzətin yaşına yaraşmadığını yazıb.
 
AZXEBER.COM-a açıqlama verən müğənni geyimindən narazı olmadığını deyib: 
 
"Burda nə var ki, kimin xoşuna gəlmir baxmasın. Bəziləri kimi efirə şortiklə, köynəksiz çıxmamışam. Niyə dənizin kənarında çılpaq şəkil çəkdirənləri tənqid etmirlər, mənə ilişirlər? Bu geyimin nəyi pisdir? Ürəyim istəyib, geyinmişəm. Kimə xoş deyil baxmasın. Özümə yaraşdırıb, geyinmişəm. "
 
Qeyd edək ki, bir müddə öncə də İzzətin geyimi gündəmə gəlmişdi. Sosial şəbəkə səhifələri onun illər əvvəl geyindiyi pencəyi Lady Gaganın geyiminə bənzətmişdi.

Nazim Qasımzadə
 

 

 

 

 



XƏBƏR LENTİ