17:44 çərşənbə, 12 Dekabr 2018
SOSİAL

JEK müdiri azadlığa buraxıldı - Binəqədidəki yanğında həbs edilmişdi

16:53, 20.11.20184929
JEK müdiri azadlığa buraxıldı - Binəqədidəki yanğında həbs edilmişdi
Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa buraxılıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, onun həbsdə olduğu - 3 il 6 ay cəza müddəti başa çatıb.

N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
XƏBƏR LENTİ