Jurnalist ekstremal şəraitdə

07 İyun 2017, 18:14
AAA

Akif RÜSTƏMOV
BDU-nun dosenti 

İnsanlar həmişə məlumat əldə etməyə maraq göstərirlər. Heç də təsadüfi deyil ki, bir-birimizlə görüşəndə soruşuruq "nə var, nə yox". 

Deməli, yeni xəbər sorağındayıq. İndiki informasiya bolluğunda bizi ən çox narahat edən, həm də düşündürən cəbhə bölgəsindən verilən xəbərlərdir. Bu məlumatları toplayıb yayan jurnalistlərdir. Onların sayəsində cəbhədə baş verən hadisələrdən xəbərdar oluruq. Razı qaldığımız da olur, narazı qaldığımız da.

Hazırda informasiya işinin təşkili xüsusi aktuallıq kəsb edir. AzərTAc-ın sədri Aslan Aslanovun təbirincə desək, burada müxtəlif siyasi baxışların, fərqli ideologiyaların, ideoloji mübarizə və təxribatların, bir sözlə, "informasiya müharibəsi"nin də özünəməxsus yeri vardır.

Təəssüf ki, informasiya daşıyıcılarının yaydıqları qeyri-dəqiq informasiyalar bəzən həqiqəti üstələyir. Elə buna görə də jurnalistikanı "doğru, həm də yalan informasiya"  adlandıranlar var. Məsələn, rus jurnalistikası tədqiqatçısı T.Zasorina bu fikirdədir. Onun fikri birmənalı qarşılanmasa da, hər halda az da olsa, həqiqətə yaxındır. Qəzet səhifələrini, internet saytlarını mənbəyi olmayan xəbərlərlə dolduran bəzi jurnalistlər bu peşəni hörmətdən salırlar. Xüsusilə də ekstremal şəraitdə işləyən jurnalistlərin verdikləri mənbəyi məlum olmayan informasiyalar insanlar arasında vahimə, çaşqınlıq yaradır. Bu üzdəniraq "jurnalistlərdən" fərqli olaraq əsl jurnalistika vicdanlılıq, məsuliyyət, dəqiqlik, qərəzsizlik prinsiplərinə söykənərək ictimai rəyə təsir edən güclü təsisatlardan biri kimi insanların şüur və əqidəsinin formalaşmasında, onların əmək və yaradıcılığının gücləndirilməsində böyük işlər görür. M.Ə.Rəsulzadə yazırdı ki, mətbuat ümumi siyasi təşkilatları təbliğata dəvət edən, ümuma nicat verən siyasət üzərində nəzarətçi kütləvi təbliğat vasitəsidir. Ictimai fikri həyəcana gətirib formalaşdırandır.

Belə ki, əvvəlki illərə nisbətən jurnalistlərin ekstremal şəraitdəki fəaliyyəti daha böyük əhəmiyyət kəsb edir. Çünki Ermənistanla müharibə şəraitində olduğumuzdan mütəmadi olaraq düşmən atəşkəsi pozur, sərhəd bölgəsində yaşayan insanları qorxu altında saxlamağa çalışır.

Jurnalistlər hər gün sərhəd bölgəsindən məlumatlar verməli olurlar. Ekstremal hallardan  hazırlanmış jurnalist yazılarında bir sıra qanun pozuntularına rast gəlmək mümkündür. Bu da ondan irəli gəlir ki, bəzən təcrübəsiz jurnalistlər cəbhə bolgəsinə ezam olunurlar. Jurnalisti təhlükəli yerlərə göndərmək hazırlıqsız əsgəri ön cəbhəyə göndərmək kimi bir şeydir.

Deməli, ekstremal hallarda səhih məlumatların çatdırılması bir də onunla bağlıdır ki, jurnalistlərimiz peşəkarlıq göstərə bilmirlər. Bəzən jurnalist cəbhə bölgəsində baş verən hadisə ilə bağlı məlumatı ilk çatdırmağa səy göstərir, daha onun dəqiqliyinə bir o qədər də fikir vermir.

2014-cu ilin avqust ayında döyüş bölgəsində yaranan gərginliyi yadımıza salaq. Qəzetlərdə, o cümlədən bəzi sayıtlarda baş alıb gedən, naşı və yanlış xəbərlər düşmən tərəfə xeyli kortəbii informasiya vermiş oldu. Nəticədə Ermənistanda bizim sosial şəbəkələrə istinadən xeyli mənfi rəy yayıldı. Vəziyyətin belə hal alması ölkə rəhbərliyini də narahat etdi. Odur ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında 2014-cü il sentyabrın 24-də sərəncam imzaladı.

Sərəncama əsasən:

a Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidmət ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması.

a Sosial şəbəkələrin imkanlarından daha səmərəli istifadə edilməsini, bu məqsədlə mətbuat xidmətlərinin işçiləri üçün muvafiq təkmilləşdirmə kurslarının təşkili.

a KİV-də və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqinin keçirilməsi nəzərdə tutuldu.

Sərəncamda, həmçinin Mətbuat Şurasına tövsiyə olundu ki, hərbi sahədə milli təhlükəsizliyə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə KİV-lər və əhali arasında təbliğat - izahat işini təşkil etsin.

Prezidentin sərəncamından sonra hərbidən yazan jurnalistlərlə bağlı bir sıra tədbirlər keçirildi. Mətbuat Şurasının keçirdiyi tədbirlərdə hərbi jurnalistikanın vəziyyəti müzakirə olundu, nöqsanlar göstərildi, onların aradan qaldırılması yolları müəyyənləşdi.

Ekstremal şəraitdə fəaliyyət göstərən jurnalistlər Azərbaycan Respublikasının KİV-ə dair qəbul etdiyi qanunları  bilməlidir. Çünki həmin qanunlarda jurnalistin söz və mətbuat azadlığı ilə bağlı nəyi yaya bilmək hüququ aydın təsbit olunub.  Ekstremal vəziyyətlə bağlı ədəbiyyatda  ekstremal şəraitin üç qrupu göstərilir:

a Birinci qrup, sözsüz ki, təbii fəlakətlər və qəzalar, hərbi əməliyyat zonaları, fövqəladə vəziyyət elan olunmuş yerlər.

a Ikinci qrup vətəndaş ixtişaşları, mitinq və nümayişlər.

a Üçüncü qrup isə nisbətən zəif xarakterli məsələlərdir.

Bu üç qrupun içərisində ən təhlükəlisi hərbi əməliyyat zonalarıdır. Təbii ki, hər bir dövlət müharibə zonasından verilən xəbərlərə biganə qala bilməz. Çünki belə xəbərlər milli təhlükəsizliklə bağlıdır.  Bir yersiz, düşünülməmiş söz, xəbər düşmən üçün göydəndüşmə ola bilər. Alman filosofu İohann Şefler deyirdi ki, "söz ilə öldürmək də olar, xilas etmək də, söz ilə bir ordunu ardınca aparmaq olar, tək-tənha qalmaq da". Odur ki, ən demokratik ölkələr belə, özlərinin milli təhlükəsizlik qaydına qalaraq döyüş bölgəsindən verilən informasiyalara bacardıqları qədər nəzarət etməyə çalışır.

Bəzən jurnalist heç kəsdən icazə almadan sərhəd bölgəsindən material hazırlamaq üçün çəkiliş aparır, bu da istər-istəməz narazılığa səbəb olur. Məsələn, 2014-cü ildə Xəzər TV-nin əməkdaşı atəşkəsin ermənilər tərəfindən mütəmadi pozulduğu Tərtərin Qapanlı kəndindən reportaj hazırlayarkən Azərbaycan ordusunun zabitləri çəkiliş aparmağa icazə verməyib. Sual olunur, zabit haqlıdırmı? Əlbəttə, haqlıdır. Müdafiə Nazirliyinin icazəsi olmadan sərhəd bölgəsində çəkiliş aparmaq olmaz. Burada bir məsələyə də xüsusi diqqət yetirmək vacibdir. Əgər jurnalist sərhəd bölgəsində zabitdən və ya əsgərdən müsahibə alırsa, müsahib əmin olmalıdır ki, KİV nümayəndəsi ümumi işə xidmət edir. Yəni jurnalistin peşə marağı ilə dövlətin milli təhlükəsizlik məsələsi üst-üstə düşür. 

Etiraf edək ki, Azərbaycanda hərbi jurnalistika çox zəifdir. Bəzən yayılan dezinformasiyalar da bununla bağlıdır. Qeyri peşəkarlar özləri də bilmədən bir çox hallarda dövlət sirrini yayırlar. Peşəkarlıq baxımından hərbçi jurnalistlərlə, hərbidən yazan mülki jurnalistlər arasında böyük fərq var. Ona çalışmaq lazımdır ki, Azərbaycanda hərbi jurnalistlərin sayı artırılsın. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində jurnalist peşəkarlığı öyrədilir. Amma sırf hərbi jurnalist hazırlanmır. Görünür, bu məsələni gündəmə gətirib ona nail olmaq lazımdır.

"Ekstremal jurnalistika" Birliyinin sədri İdrak Abbasov Rusiya-Gürcüstan müharibəsində çəkilişlər aparıb, ekstremal şəraitin ən ciddi variantını yaşayıb.        İ.Abbasov da haqlı olaraq qeyd edir ki, Azərbaycanın təhsil müəssisələrində jurnalistlərin ekstremal şəraiti ilə bağlı təlim prosesi yoxdur. Bəli, BDU-nun Jurnalistika fakültəsində informasiya təhlükəsizliyi ilə bağlı seçmə fənn keçirilir. Lakin jurnalistlərin ekstremal şəraitdə özlərini necə aparmaları, nəyə diqqət yetirmələri, "Ekstremal jurnalistika"nın nəzəri və təcrübi məsələri barədə qısaca məlumat verilir ki, bu da bugünkü tələblər baxımından azdır. İ.Abbasov onu da bildirir ki, Gürcüstan Rusiya ilə savaşda çoxlu sayda jurnalist itirdikdən sonra bu sahədə ciddi iş gördü.  Ölkənin Müdafiə Nazirliyi müharibə şəraitində işləmək istəyən jurnalistləri toplayıb təlim keçdi.

2014-cü ilin məlum avqust hadisələrindən sonra Azərbaycanda da hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları təşkil olundu. "Dinc Dünya" Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, Mətbuat Şurası, Müdafiə Nazirliyi tərəfindən dəstəklənən "Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi" layihəsi həyata keçirildi. Layihə ekstremal şəraitdə işləyən jurnalistlərin özünü qoruması, cəmiyyətə çatdırılan informasiyaların necə yazılmasının öyrədilməsi, etibarlılığı məqsədi daşıyır. Təlimin praktik hissəsi isə poliqonda yekunlaşdı. Layihənin rəhbəri "Ekstremal jurnalistika" sahəsində mütəxəssis Əlisəfa Mehdiyev bu barədə deyir ki, jurnalistlərin bu istiqamətdə təcrübə toplaması olduqca vacibdir. Eyni zamanda, məqsəd mediada milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınmasıdır. Təlimdə iştirak edən BDU-nun Jurnalistika fakültəsinin tələbələri də ekstremal şəraitdə davranış metodları ilə yanaşı, müharibə zonasından informasiya toplamaq qaydaları ilə ətraflı tanış oldular, poliqonda isə müharibə nəfəsini duydular, top səsi, mərmi səsi eşitdilər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, yazılı mediadan fərqli olaraq, sosial şəbəkələrin imkanlarından lazımi səviyyədə istifadə olunmur. Bəzi jurnalistlərin, blogerlərin cəbhəboyu zonadakı vəziyyət barədə məlumatlarında çoxlu əsassız fikirlər yer alır. Mətbuatın azad olması o demək deyil ki, nə istəsəm, yazaram. Bir dənə yanlış məlumatı digərləri ağına-bozuna baxmadan yayır, müharibə şəraitində yaşadığımızı unudurlar. Məsələn, hərbi hissələrin birində Ermənistanın xeyrinə casusluq və terror aktlarının hazırlanmasında bir qrup Azərbaycan vətəndaşı - hərbçi və mülki şəxslərin həbs edilməsi xəbəri gündəmi silkələdi. Saytlar bu xəbəri yayandan az sonra internet istifadəçilərinin bir çoxu onları vətən xaini adlandırdı. Bu da başa düşüləndir. Lakin məhkəmə olmamış, cinayətlərin dərəcəsi müəyyənləşməmiş hamısına vətən xaini damğası vurmaq düzgün deyil. Hər halda, məhkəmənin qərarından sonra hər şey aydın olacaq. Düşmənin xeyrinə casusluq edənlər, arxasında duranlar ən yüksək cəzaya layiqdirlər və Azərbaycan xalqı belə bir cəzanın verilməsini gözləyir.

Bu xoşagəlməz hadisə ordumuzun döyüş əhval-ruhiyyəsinə və döyüş qabiliyyətinə təsir edə bilməz. Aprel döyüşləri ordumuzun parlaq qələbəsini və Azərbaycan dövlətinin gücünü göstərdi.

Son günlər cəbhədə ağır itkilər verən düşmən bütün gücünü informasiya müharibəsinə verib. Azərbaycan dilində saytlar açır, olmazın yalanlarını, böhtanlarını tirajlayırlar. Bu yaxınlarda Facebook sosial şəbəkəsində yaratdıqları "Hərbi media" da bu məqsədə xidmət edir. "İsti press"in məlumatına görə, Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşır. Bunu bildirməkdə məqsədimiz ayıq-sayıq olmaqdır.

Azərbaycan jurnalistləri cəbhə bölgəsində baş verən hadisələri ictimaiyyətə çatdırarkən yüksək peşəkarlıq, vətəndaş mövqeyi və prinsipiallıq nümayiş etdirməlidir.

 


Oxunma sayı : 2229

Loading...
SON XƏBƏRLƏR
Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib - 24 İyun 2017, 18:37
Əməliyyatla uşaq dünyaya gətirən anaya səhv qan vurdular - Bakıda şok hadisə - 24 İyun 2017, 18:23
" Elmlə məşğulam, vaxtım yoxdur" - Tağı Əhmədov - 24 İyun 2017, 17:37
Ramil Usubov Qubada vətəndaşları qəbul edib - 24 İyun 2017, 17:26
Xalq artistinin oğlu: "Anamı Türkiyəyə aparmaq istədim, həkimlər icazə vermədi" - 24 İyun 2017, 16:32
Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - 24 İyun 2017, 16:18
Məşhur azərbaycanlı reperin ölümünün TƏFƏRRÜATLARI - 24 İyun 2017, 16:14
İstirahət mərkəzində kişilərə fantastik imkan: lüt qızlar, inanılmaz həzz - 24 İyun 2017, 16:12
Bakı polisinin bu davranışı əcnəbi turisti heyrətləndirdi - 24 İyun 2017, 15:03
Nəsimi rayonunda " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir - 24 İyun 2017, 14:51
«Supermodel Azerbaijan» beynəlxalq müsabiqənin sənəd qəbuluna başlandı - 24 İyun 2017, 14:45
Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı - 24 İyun 2017, 14:07
Bakıda gecə saatlarında qarajda görüşən sevgililərin DƏHŞƏTLİ SONU - 24 İyun 2017, 13:49
Ərdoğandan Qarabağ açıqlaması: "Azərbaycanla eyni mövqedən çıxış edirik" - 24 İyun 2017, 12:56
Qalmaqallı kosmetoloq barədə yazılanlar yalan çıxdı: “Ağ yalandır, biabırçılıqdır” - 24 İyun 2017, 11:28
Millət vəkilinin həyat yoldaşı vəfat etdi - 24 İyun 2017, 11:24
"Bank of Baku" yenə şəhid ailəsini məhkəməyə verdi -Borca görə - 24 İyun 2017, 11:20
Keçmiş səfir birinci vitse-prezident Mehriban Əliyevanın yeni köməkçisi təyin olundu - SƏRƏNCAM - 24 İyun 2017, 11:16
Natavan Həbibi və Dadonun nişanından - Fotolar - 24 İyun 2017, 11:15
Cəbhədə vəziyyət gərgin olaraq qalır - 24 İyun 2017, 10:45
Bakıda 36 yaşlı kişi avtomobilində bıçaqlandı - 24 İyun 2017, 10:25
Azərbaycanda kütləvi dava olub: kişi və qadın xəsarət alıb - 24 İyun 2017, 10:18
Bakıda gənc oğlan ikinci mərtəbədən yıxıldı - 24 İyun 2017, 10:11
Bakıda itkin düşən 17 yaşlı qızdan xəbər var - 24 İyun 2017, 10:07
Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəlib - 23 İyun 2017, 23:58
İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub - 23 İyun 2017, 23:26
Bakıda SÜRƏT QATARI piyada qızı vurdu -Video - 23 İyun 2017, 22:49
Dərisi qatlanan, qorxulu xəstəliyi olan qadın: "Model olmaq istəyirəm" - FOTO - 23 İyun 2017, 22:29
Formula 1 üzrə Azərbaycan Qran Prisində qəza baş verib - 23 İyun 2017, 21:52
Əliyar Ağayev Çempionlar Liqası matçında - 23 İyun 2017, 21:25
Nağı Səfərov yenidən ATB İcraiyyə Komitəsinə üzv seçilib - 23 İyun 2017, 20:36
"Təkcə toy deyil ki, biznesləri də var" - Elvin+fotosessiya - 23 İyun 2017, 19:39
"Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir" - Zakir Həsənov - 23 İyun 2017, 18:08
Bu gəncin köməyinizə ehtiyacı var - Həkimlər ona deyib ki... - 23 İyun 2017, 17:52
Füzuli İcra Hakimiyyəti AZXEBER.COM-un araşdırmasından sonra Prezidentin səfərini rəsmi sayta yerləşdirdi - FOTO - 23 İyun 2017, 17:37
Bakıda 22 yaşlı gənc qaşıq uddu - 23 İyun 2017, 17:34
"Atama heç vaxt qanım qaynamadı" - Şəbnəm Tovuzlu - 23 İyun 2017, 17:31
Daha bir telejurnalist "Space TV"dən ayrıldı - 23 İyun 2017, 17:24
Həbsdə olan polkovnik: “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm” - 23 İyun 2017, 17:23
Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edildi - 23 İyun 2017, 17:18
Gülər Əhmədova banka qoyduğu əmanətin 30 min manatını geri aldı - 23 İyun 2017, 17:15
Ucarda uşaq çayda boğuldu - 23 İyun 2017, 17:09
Narkomandan məsləhət: "Mənə baxıb, ibrət götürsünlər" - 23 İyun 2017, 16:56
Bakıda intihara cəhd edən qadın: "O məmur əl çəkməsə özümü öldürəcəm" (VİDEO) - 23 İyun 2017, 16:47
Erməninin cinayət işi geri qaytarıldı - 23 İyun 2017, 16:47
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: azxeber@mail.ru
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10