23:30 çərşənbə Axşamı, 28 Yanvar 2020
GƏNCLİK

Jurnalistlər üçün növbəti seminar -FOTO

12:03, 17.12.20102104
Jurnalistlər üçün növbəti seminar -FOTO

Azxeber.com portalının verdiyi xəbərə görə, bu gün İctimai Televiziyada YUNESKO-nun və Mətbuat Şurasının (MŞ) birgə lahiyəsi olan “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” lahiyəsi çərçivəsindəki seminar məşğələləri başlayıb.

Tədbirin açılış mərasimində MŞ-nın sədri Əflatun Amaşov, YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva, İTV-nin baş direktoru İsmayıl Ömərov, Ekalogiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev və AMEA-nin həqiqi üzvü, YUNESKO-nun MaB (insan bə Biosfer) Milli Komitəsinin sədri Urxan Ələkbərov iştirak edib. Tədbirdə çıxış edən qonaqlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ili ölkəmizdə “Ekologiya ili” olmasını xatırladaraq, bu missiyanın gələcəkdə də davam etdiriləcəyini söyləyiblər.

Tədbirin açılış mərasimindən sonra bölgə kanallarının və ümumölkə kanallarının imzası ilə Paris Deklorasiyasına aid həmrəylik bəyanatı imzalanıb.

Xatırladaq ki, seminarlar dekabrın 19-na qədər davam edəcək.


Əfsələddin Ağalarov

_MG_1956




 

 

 

 

 

_MG_1831

 

 

 

 

 

 

 

_MG_1830



 

 

 

 




WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ