21:46 Bazar Günü, 17 Dekabr 2017
SOSİAL

Jurnalistlərin binasının yanında YAP işçiləri üçün ev tikilib

12:41, 03.10.2017335
Jurnalistlərin binasının yanında YAP işçiləri üçün ev tikilib
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi münasibətilə Bakının  Heydər Əliyev prospektində yeni mərkəzi qərargah inşa olunub.
 
AZXEBER.COM-un modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev deyib.
  
"Hazırda binada son tamamlama işləri görülür. Yeni inşa olunan binanın açılışı bu ilin axırlarında baş tutacaq. Bu bina arxitektura və funksional cəhətdən şəhərə yaraşıq verən müasir tipli binadır”.
 
Deputat qeyd edib ki, Bakının Səbail rayonu ərazisində, jurnalistlərin binasının yaxınlığında hakim YAP işçiləri üçün yaşayış binası da inşa edilib.
  
"İpoteka krediti vasitəsilə YAP  işçilərinə, xüsusilə də partiya sıralarında olan gənclərin  sosial vəziyyətinin yaxşılaşdırmaq üçün belə bir şərait yaradılıb. Biz bununla bağlı cənab Prezidet İlham Əliyev başda olmaqla, YAP-ın icra işçilərinin hər birinə təşəkkür edirik”.
 
Qeyd edək ki, YAP-ın hazırkı mərkəzi qərargahı "Sahil” bağı ilə üzbəüzdə yerləşir.
0
XƏBƏR LENTİ