22:26 şənbə, 23 Mart 2019
İDMAN

"Juventus" futbolçuları gecəni 60 modellə keçirib - Şok iddia

21:03, 05.03.20193002

İtaliya mətbuatı şok xəbərlə gündəmi dəyişib.

Həmkarlarımız "Juventus"un futbolçularının Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletico" ilə keçirilən ilk oyundan sonra əyləncəyə qatıldıqlarını iddia edib.

Madriddəki görüşdən sonra oyunçular Turində əyləncə təşkil edib və gecəni 60 qadınla birlikdə keçirib. "Parti"yə cəmi 2 oyunçu - Federiko Bernardeski və Miralem Pyaniç qatılmayıb. Kriştianu Ronaldonun da aralarında olduğu futbolçulara İtaliyanın 60 qabaqcıl modeli tərəfdaşlıq edib.

Modellərin həmin gecə Turində bir araya gəlmələri bu iddianı daha da gücləndirir. Belə ki, onlar həmin gün instaqram səhifələri vasitəsilə Turində çəkdirdikləri şəkilləri paylaşıblar. Onların gecəni Juventus futbolçularının qaldığı oteldə keçirmələri şübhələri daha da artırır.

Qeyd edək ki, "Juventus" ilk oyunda Madriddə "Atletico"ya 0:2 hesabı ilə məğlub olub.

match.az
XƏBƏR LENTİ