21:37 çərşənbə Axşamı, 18 Sentyabr 2018
Maqazin

"Kainat Gözəli"ndə ilk: trans gözəl yarışa qatalacaq - FOTOLAR

21:36, 07.07.20188221
İlk dəfə "Kainat Gözəli" yarışmasına transseksual qatılacaq.

"Kaniant Gözəli" yarışmasında İspaniyanı təmsil edəcək gözili seçildiyi "Kainat Gözəli İspaniya" yarışmasının qalibi Angela Ponse olub. 22 yaşlı trans 22 rəqibini üstəliyib.

2015-ci ildə də eyni yarışa qatılan və uğursuz olan Ponse bu dəfə qalib olmağı bacarıb. Beləliklə, o, noyabr ayında Las Veqasda keçiriləcək "Kainat Gözəli" yarışmasında İspaniyanı təmsil etmək haqqı qazanıb.

Ponse bu yarışda iştirak edəcək ilk transseksual olacaq. Yarışın qaydaları 2012-ci ildə dəyişdirilib və LGBTİ təmsilçilərinə iştirak hüququ verilib.

İspaniya gözəli seçilən Ponse çıxışında bunları deyib: "Ən böyük arzum həyata keçdi. Bu gün həyatımda yeni bir dönəm başlayır. Dünya gözəllik yarışmasında hər kəsə hörmət, özümüzə və başqalarına sevgi mesajları göndərəcəm".
 
///Qaynarinfo 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ