00:17 Cümə Axşamı, 30 Yanvar 2020
Maqazin

Kama Balidə bahalı klip çəkdirdi - Video

11:28, 06.12.20193129
Kama Balidə bahalı klip çəkdirdi - Video
Rəqqasə Kama Safarəliyeva yeni klipi üçün İndoneziyaya gedib.

AZXEBER.COM xəbər verir ki, sənətçi Bali adasında obyektiv qarşısına keçib. O, klipinə də elə "Bali" adını verib. Kama beş fərqli obrazda adanın fərqli yerlərində rəqs nümayiş etdirib. Diqqətçəkən məqamlardan biri isə rəqqasənin okean sahilində çimərlik geyimində pozlar verməsi olub.
 


Kama ekran işində adanın sakinlərinə də yer verib. Onun makiyajı üzərində isə vizajist Günel Axundova çalışıb.

K.Safarəliyeva klipi barədə danışarkən fərqli görüntülər üçün Bali adasını seçdiyini deyib:

"İstədim ki, həm təbiət qoynu olsun, həm də fərqli bir klip alınsın. Bunun üçün də gözəl mənzərələrlə bol olan Balini seçdim. Məncə, pis də alınmadı. Klip çox rəngarəngdir".

 

Kama uşaqlıqdan rəqslə məşğul olduğunu, daim üzərində çalışdığını söyləyib:

"Uzun müddətdir rəqqasəlik edirəm. Uşaqlıqdan buna həvəsim olub. İndi də üzərimdə çalışıram. Qarşıda isə daha maraqlı layihələrim var".
 


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ