14:53 Cümə, 20 Iyul 2018
SOSİAL

“KamAZ” ana və 4 yaşlı oğlunun üstündən keçdi - Uşaq öldü

16:44, 25.06.20184874
“KamAZ” ana və 4 yaşlı oğlunun üstündən keçdi - Uşaq öldü
Salyan rayonunda "KaMAZ” ana və 4 yaşlı uşağının üstündən keçib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə rayonun Boranıkənd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ərmulla Nurulla oğlu Aslanov idarə etdiyi "KaMAZ” markalı yuk maşını ilə hərəkətdə olarkən kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədov Əli Sahil oğlunun üstündən keçərək öldürüb, uşağın anası Günel Hurulla qızı Məmmədova isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ