20:53 Cümə Axşamı, 12 Dekabr 2019
İQTİSADİYYAT

Kapital Bank çempion oldu

10:16, 28.11.20192565
Kapital Bank çempion oldu

Kapital Bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən "Nə? Harada? Nə zaman?” yarışının qalibi oldu.

AZXEBER.COM xəbər verir ki, 27 noyabr 2019-cu il tarixində banklar arasında keçirilən tədbirdə ölkənin 12 bankının, ümumilikdə 100-dək əməkdaşla iştirak edib.

3 mərhələdə keçirilən yarış zamanı bütün rəqiblərini üstələyən Kapital Bank-ın yığma komandası, yarışın çempionu adına layiq görülüb. Qalib komandaya yarışın kuboku təqdim olunub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

XƏBƏR LENTİ