13:23 Cümə, 19 Yanvar 2018
İDMAN

"Kaş, Ronaldo argentinalı olaydı" - Maradona

22:46, 20.06.2017422
Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "Real"ın hücumçusu Kriştianu Ronaldu haqda danışıb.
 
AZXEBER.COM xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən veteran futbolçu 32 yaşlı hücumçunu vəhşi qurda bənzədib:
 
"Ronaldu son zamanlar əla formadadı, tam başqa bir səviyyədə futbol oynayır. O, vəhşi qurd kimidir! Kaş, Ronaldu argentinalı olaydı".
 
D. Maradona portuqaliyalı futbolçunu "Barselona"nın ulduzu Messi ilə müqayisə edib:
 
"Ronaldunu Argentina milli komandasında görmək istərdim. Amma ikisi arasında seçim qarşında qalsaydım, Messiyə üstünlük verərdim. O, futbol oynamaqdan zövq alır və rəqiblərini asanlıqla keçir".
 
qol.az
0
XƏBƏR LENTİ