05:31 Bazar Ertəsi, 19 Noyabr 2018
DÜNYA

Kaşıkçını boğaraq öldürüblər, sonra isə doğrayıblar - Türkiyə baş prokurorluğundan açıqlama

23:13, 31.10.20185099
Kaşıkçını boğaraq öldürüblər, sonra isə doğrayıblar - Türkiyə baş prokurorluğundan açıqlama
Mənbə bildirir ki, Kaşıkçının ölümü öncədən planlaşdırılıbmış

Səudiyyəli jurnalist Camal Kaşıkçını Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna daxil olan kimi boğaraq öldürüblər.

Bu haqda informasiyanı Türkiyə Baş prokurorluğu yayıb.

Associated Press yazır ki, Kaşıkçı öldürüldükdən sonra hissələrə parçalanıb.

Mənbə bildirir ki, Kaşıkçının ölümü öncədən planlaşdırılıbmış.

Səudiyyə Ərəbistanı oktyabr ayının 20-də açıqlayıb ki, jurnalist oktyabr ayının 2-də konsulluğun ərazisində münaqişə zamanı ölüb.
 
///AzNews.az
XƏBƏR LENTİ