19:59 Cümə Axşamı, 18 Iyul 2019
Maqazin

“Keçirdiyim konsert heç bir müğənninin hünəri deyil” - Elza Seyidcahan

22:32, 17.04.20194575
“Keçirdiyim konsert heç bir müğənninin hünəri deyil” - Elza Seyidcahan
Elza Seyidcahan konserti ilə bağlı iddialı açıqlama edib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, əməkdar artist qeyd edir ki, onun 28 aprel Heydər Əliyev adına Sarayda keçirəcəyi konsert dünya miqyasında belə heç bir müğənninin gücündə deyil:

"Belə bir konsert heç bir müğənninin nə işi, nə də hünəri deyil. Heç kimdə belə bir şey yoxdur, ola da bilməz. Bunu tək bizim müğənnilərimizə yox, dünyadakı bütün müğənnilərə şamil edirəm.  Rəqs müəllimim mənə deyir ki, sizə məətəl qalmışam. Nə qədər müğənni ilə işləmişəm. Amma heç kimdə ritm, bu cür "slux" yoxdur. Bunlar bu günə qədər necə oxuyublar. Bu, elə-belə konsert deyil. Mən bunu tək öz müğənnilərimiz üçün demirəm. Dünya arenasına baxsaq, konseptual müğənni, artist olmaq başqa şeydi. Mən bunu təkəbbürdən, qürrələnərək yox, şükürlə deyirəm. Hər müğənninin özünə görə stili var. Bu da insanın öz yaradıcılığa bağlıdır. İnşallah ki, konsert bütün bunlar görünəcək. Məşqlərimiz də öz axarı ilə gedir".
XƏBƏR LENTİ