11:00 çərşənbə, 24 Iyul 2019
KRİMİNAL

Keçmiş məhkum sevgilisini oteldə öldürdü - Bakıda dəhşətli qətl

19:18, 09.05.20194026
Keçmiş məhkum sevgilisini oteldə öldürdü - Bakıda dəhşətli qətl

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirli bilinən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

AZXEBER.COM  Ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi hakim Rahib Salmanovun sərdrliyi ilə may ayının 13-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Abşeron rayonunda baş verib.

Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucova sevgilisi 35 yaşlı Kürdəmir rayon sakini Nəriman Əliyev tərəfindən qısqanclıq zəminində qətlə yetirilib.

Əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə cütlük bir neçə dəfə görüşərək cinsi əlaqədə olub. Belə ki, Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib. N.Əliyev Ayselin başqa şəxslərlə görüşdüyünü öyrəndiyini deyib. Daha sonra mübahisə münaqişəyə çevrilib və Nəriman özü ilə gətirdiyi bıçaqla sevgilisinə çoxsaylı zərbələr endirərək onu öldürüb.

Hadisədən sonra sakitcə oteli tərk edən N.Əliyev daha sonra Xırdalanda polislər tərəfindən saxlanılıb.

XƏBƏR LENTİ