04:11 çərşənbə Axşamı, 23 Aprel 2019
İDMAN

“Kəpəz” fəaliyyətini dayandırdı - Maaş problemi

14:54, 18.01.20193210
“Kəpəz” fəaliyyətini dayandırdı - Maaş problemi
"Kəpəz” dünəndən etibarən məşqləri dayandırıb. Mövsümün ikinci yarısının hazırlıqlarına başlayan, hətta yoxlama matçı da keçirən gəncəlilər boykot qərarı verib.

AZXEBER.COM futbolinfo.az-a istinadən xəbər verir ki, divizion klubunun belə qərar verməsinin səbəbi növbəti dəfə aldadılmalarıdır. 3 aydı maaş verilməyən "Kəpəz”də bu addım məqbul bilinib.
 
Klubda vəziyyət çox acınacaqlıdır. AFFA maliyyələşdirdiyi qərblilərə heç bir ödəniş etmir, bütün məsuliyyət baş məşqçinin boynundadır. Klub rəhbərliyi istefa verib, AFFA yeni təyinatlar etməyib. Belə vəziyyətdə başsız qalan "Kəpəz” əməkdaşlarının səsini assosiasiyaya çatdıran yoxdur. Onlar da çıxış yolunu məşqləri boykot etməkdə görüb.
 
"Kəpəz”də problem təkcə maaşların yubanması ilə bağlı deyil. Hətta komandanın futbolçusu Ziyabil Məmmədov 2500 əməliyyat pulu da xəstəxanaya ödənilməyib. 
XƏBƏR LENTİ