17:36 Cümə Axşamı, 15 Noyabr 2018
DÜNYA

Kim Çenin xanımına qoyduğu qəribə qadağalar - Siyahı

00:04, 06.11.20184364
Kim Çenin xanımına qoyduğu qəribə qadağalar - Siyahı
Bir sıra ölkələrdə olduğu kimi, Şimali Koreyada da ölkə başçısı Kim Çen İnin həyat yoldaşı Ri Sol Yunun əməl etməli oluğu qaydalar var.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, bu qaydalardan biri soyad ilə bağlıdır. Başqa ölkələrdən fərqli olaraq Şimali Koreyada ölkə başçısı ilə evlənən xanım soyadı ilə yanaşı, adını da dəyişdirməlidir. Burada əsas məqsəd birinci xanımın keçmişi haqqında informasiyaları gizlətməyə çalışmaqdır.

Ri Sol Yunun əməl etməli olduğu qaydalardan biri də hamiləliyini gizlətməkdir.

Şimali Koreya liderinin övladlarının ictimaiyyətə açıq yerlərdə olması qadağandır. Kim Çen İnin iki qız, bir oğlan övladının fotosu bu vaxta qədər heç bir yerdə yayımlanmayıb.

Kim Çen İnin ən sevdiyi idman növlərindən biri basketbol olduğuna görə onunla keçmiş NBA ulduzu Dennis Rodman arasında dostluq münasibətləri var. Buna görə də Dennis Rodman Ri Sol Yu ilə görüşmək məcburiyyətindədir.

Maraqlı cəhətlərdən biri də "Disney" filmləri ilə bağlıdır. Səbəbi bilinməsə də, birinci xanım Ri Sol Yunun "Disney" əyləncələrində iştirakı məcburidir.
XƏBƏR LENTİ