12:44 çərşənbə Axşamı, 10 Dekabr 2019
İQTİSADİYYAT

“Kimdə bu haqda məlumat varsa...” - Mikayıl Cabbarov

16:56, 14.11.20198291
“Kimdə bu haqda məlumat varsa...” - Mikayıl Cabbarov
"Tam səmimiyyətlə demək istəyirəm ki, əgər kimdəsə Vergilər Nazirliyinin qanunu bərabər şəkildə yerinə yetirməməsi haqqında məlumat varsa, biz o zaman böyük məmnuniyyətlə bu məlumatı əldə etməyə və onun üzərində hərəkət etməyə hazırıq. Bu bizim təməl prinsipimizdir".

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə deyib. O qeyd edib ki, vergi qanunvericiliyi və vergilərin ödənilməsi hər kəs üçün eyni şəkildə tətbiq olunur:

"Bu məcburidir. Ona görə burada xüsusi səslənən köşklərdə siqaretin satışı məsələsinə gəlincə demək istəyirəm ki, burada  elə məqamlar var ki, onlar sadəcə olaraq  Vergilər Nazirliyinin səlahiyyətinə aid olan məsələ deyil. Ancaq təbii olaraq yeniləşmiş İqtisadiyyat Nazirliyi kimi biz təklifləri nəzərə alacağıq. Bunun üçün aidiyyatı orqanlarla yaxından çalışacağıq. Çünki istehlakçıların hüquqlarının müdafiəsi və eyni zamanda əhalinin sağlamlığı bizim üçün prioritet təşkil edir"
XƏBƏR LENTİ